8 C
Bakı
09 Fevral 2026 15:43
CəmiyyətGündəmQalmaqal

Məmləkətdə ən böyük cinayət hakimiyyəti tənqid etməkdir.

Cənab Əliyev II Qarabağ müharibəsindən sonra radikal millətçi çıxışları ilə müxalifətə “dərs” keçməyə çalışır. Millətçi çıxışları da şüardan, şəxsinin propaqandasından o tərəfə keçmir.

Deyirdi ki, separatçılar istintaq təcridxanasında çay içir. Mən də deyirdim ki, bəs separatçılarla döyüşüb, igidliyinə görə medallar alan şəxslərin istintaq təcridxanasında çay içməsinə necə baxaq?!

Meşəli soyqırımının təşkilatçısı olan Vaqif Xaçaturyanın ölkəsinə təhvil verilməsi ilə hakimiyyət göstərdi ki, məmləkətdə ən böyük cinayət hakimiyyəti tənqid etməkdir. Bugün Tofiq Yaqublu, Hacı Vəliyev, Vüqar Qədirovun və mənim həbsdə saxlanılmağımız hüquqi yox, siyasi motivdən qaynaqlanır. Bizim cinayətimiz Qarabağ səngərindən çıxıb demokratiya səngərinə keçməyimizdir!

Cənubi Qafqazda sülh, stabillik və təhülkəsizlik önəmlidir. Bunun davamlı olması demokratiyadan keçir.

Barıt çəlləyinə bənzəyən avtoritar idarəetmə davamlı stabilliyə, təhlükəsizliyə nail ola bilməz.

 

Ruslan İzzətli

Bakı İstintaq Təcridxanası

Tacxeber.com

Bizimlə əlaqə: [email protected]

Oxşar xəbərlər

Özünü cəmiyyətə demokrat kimi sırımaq istəsəyən Aleksey Venediktovun Ermənistanda verdiyi messajlar

admin

Dərnəgüldəki yanğın iqtisadiyyatımızı yandırır: “Baku Steel Company” artıq dörd gündür işləmir

admin

Toppuş bacının vəziyyəti AĞIRLAŞIB: 10 gündür ki, yataqdayam – ÖZƏL

redaktor