DigərMaraqlı

Reallığa söykənməyən növbəti deputat təxəyyülü

Deputat Tamam Cəfərova Şamaxıda keçirilən “Müasir informasiya məkanı və dini etiqad azadlığı” mövzusunda konfransın açılış mərasimində bildirmişdi ki, Azərbaycan mediası beynəlxalq informasiya məkanında rəqabət gücünə malikdir.

2021-ci ildə qəbul edilən və medianın fəaliyyətini tənzimləyən əsas sənəd olan “Media haqqında” qanun beynəlxalq təşkilatlar, o cümlədən Avropa Şurasının Venesiya Komissiyası tərəfindən sərt şəkildə tənqid edilib.

”Sərhədsiz Reportyorlar” (RSF) təşkilatının 2024-cü il Dünya Mətbuat Azadlığı İndeksinə əsasən, Azərbaycan ötən illə müqayisədə 3 pillə geriləyərək 180 ölkə arasında 167-ci yerdə qərarlaşıb. Bu arada, “Sərhədsiz Reportyorlar” (RSF) təşkilatı 2025-ci ildə jurnalistlərə və informasiya azadlığına hücum edən 34 “mətbuat azadlığı yırtıcısı”nın profilini hazırlayıb. Azərbaycan prezidenti İlham Əliyev də RSF-in “mətbuat azadlığının düşmənləri” siyahısındadır.

ABŞ-də yerləşən “Freedom House” təşkilatının həm “Freedom in the World” (Dünyada Azadlıq) hesabatında, həm də “Freedom on the Net” (İnternet Azadlığı) indeksində Azərbaycan uzun illərdir ki, “azad olmayan ölkə” kimi qiymətləndirilir.

Azərbaycan mediası isə beynəlxalq aləmdə əsasən dövlət kanalları (AzTV, CBC, AZƏRTAC və s.) vasitəsilə tanıdılır. Lakin bu orqanlar əsasən dövlət mövqeyini təbliğ etdiyindən, qlobal media istehlakçıları və beynəlxalq jurnalistika icması üçün etibarlı və balanslı mənbə sayılmırlar.

 

Mənbə: Fakt Yoxla

Tacxeber.com

Bizimlə əlaqə: [email protected]

Oxşar xəbərlər

Palermoda 100 ildın artıq yaşı olan uşaq cəsədinin SİRRİ

admin

MDB-də ÜDM artımını görə sonuncu yerdəyik

admin

Niyə klaviatura düymələri əlifba sırası ilə düzülməyib?- SƏBƏB BU İMİŞ

redaktor