31.6 C
Bakı
13 Avqust 2026 15:37
DünyaSiyasət

ABŞ Azərbaycana da viza qadağası tətbiq etdi

Tacxeber.com xəbər verir ki, Dövlət Departamenti vizaların verilməsinin dayandırılmasının səbəblərinə aydınlıq gətirib.

Bildirilib ki, qadağa yalnız immiqrant vizalarına aiddir.

“Dövlət Departamenti miqrantları Amerika xalqının hesabına qəbuledilməz dərəcədə yüksək sosial müavinət alan 75 ölkədən immiqrant vizalarının emalını dayandıracaq”, – məlumatda vurğulanıb.

Qeyd edək ki, miqrant vizasının verilməsi dayandırılan ölkələrin siyahısına Əfqanıstan, Albaniya, Əlcəzair, Antiqua və Barbuda, Ermənistan, Azərbaycan, Baham adaları, Banqladeş, Barbados, Belarus, Beliz, Butan, Bosniya, Braziliya, Birma, Kamboca, Kamerun, Kabo-Verde, Kolumbiya, Kot-d’İvuar, Kuba, Konqo Demokratik Respublikası, Dominikan, Misir, Eritreya, Efiopiya, Fici, Qambiya, Gürcüstan, Qana, Qrenada, Qvatemala, Qvineya, Haiti, İran, İraq, Yamayka, İordaniya, Qazaxıstan, Kosova, Küveyt, Qırğızıstan, Laos, Livan, Liberiya, Liviya, Makedoniya, Moldova, Monqolustan, Monteneqro, Mərakeş, Nepal, Nikaraqua, Nigeriya, Pakistan, Konqo Respublikası, Rusiya, Ruanda, Sent-Kits və Nevis, Sent-Lüsiya, Sent-Vinsent və Qrenadinlər, Seneqal, Syerra-Leone, Somali, Cənubi Sudan, Sudan, Suriya, Tanzaniya, Tailand, Toqo, Tunis, Uqanda, Uruqvay, Özbəkistan və Yəmən daxildir.

 

Tacxeber.com

Oxşar xəbərlər

ABŞ-ın təhlükəsizlik doktrinalarında Yaxın Şərq məsələsi

redaktor

Laçında “LAÇIN” yazısının hər hərfinə 100 min manat xərclənəcək. Bir hərfə — 100 min manat

redaktor

Paris-18 mart 1314 cümə günü…

redaktor