DünyaGündəmSiyasət

Geosiyasətdə vaxtı tutmaq sənəti

Məndən İlham Əliyevin 3 əsas xarakterini soruşsalar, belə deyərdim:

1. Dünyanın ən kinli adamıdır.
2. Dünyanın ən ehtiyatlı adamıdır.
3. İdeal fürsəti duyub, tutmağı bacarır.

Biri onun ailəsinə toxunsa, işinə mane olsa, dərhal coşub reaksiya vermir. Amma heç vaxt da unutmur. Səbirlə gözləyir, ən “ölü” nöqtədə zərbəni vurur.

O münasib vaxtı hiss etmək qabiliyyəti var adamda.
Bir dəfə yazmışdım, Qarabağ savaşı ən ideal zamanda başladı. ABŞ-da seçki idi, Rusiya ordusunu 1 il idi Ukrayna sərhədinə daşıyırdı, Avropa karantinə qapanmışdı.

Diqqət edin, nə vaxt Qərb ilə yeni kontraktlar bağlanır, hamının başı qarışırsa, bizdə müxalifətin, rəqiblərin həbsi başlayır. Həmişə vaxtı düz seçir.

İran Azərbaycanı çox incidib. Ara qarışdırıb, düşmənimizə qucaq açıb, narkotiklə gənclərimizi zəhərləyib, ölkəmizdə qan töküb. Dəfələrlə Prezidentin ailəsini hədəf alıblar.

Ona görə də zərrə qədər şübhəm yoxdur ki, İlham Əliyevin bütün fikri-zikri hazırda İrandadır. Ehtiyatlı adamdır, büruzə vermir. İranın ən zəif, ən xaos olan vaxtında Türkiyə ilə birgə ordu yeridəcək. Bu tarixi şansı əldən verən deyil.

Türkiyə də burada məcburiyyətdən iştirak edəcək. Sərhəd təhlükəsizliyi, Orta Asiya qapısı, enerji məsələləri. Türkiyə bu tikəni kimsəyə yedirməz, varlığıdır məsələ. İran onun üçün Suriyadan qat-qat vacibdir.

 

Orxan Atabəy

Tacxeber.com

Oxşar xəbərlər

Ərdoğan: Yeni Çernobıl faciəsi istəmirik!

redaktor

Gürcüstan prezidenti Saakaşvilini əfv etməyə hazırlaşır: Siyasi ittifaqın nəticəsi

admin

Fevralda bu günlər TƏHLÜKƏLİDİR – Əhaliyə XƏBƏRDARLIQ EDİLDİ

redaktor