DünyaSiyasət

Müharibələrdən sonra sülh quruculuğu elə də asan olmur.

Bəzən qeyri-populyar addımlar atmaq lazım gəlir.

Bu baxımdan Meşəli qırğınında iştirakı olan, əli məsum azərbaycanlıların qanına batmış Vaqif Xaçatryanın Ermənistana təhvil verilməsini doğru saymaq və həzm etmək asan olmasa da, anlamaq mümkündür.

Bu çətin qərarı verə bilən Azərbaycan hakimiyyəti əslində çox asan humanist addımlar da ata bilər – üstəlik, bu dəfə alqış qazanmaqla. Məsələn, həbsdəki Qarabağ qaziləri Tofiq Yaqublu və Ruslan İzzətli, səhhətində problemlər olan media eksperti və ictimai xadim Ələsgər Məmmədli, eləcə də jurnalist xanımlar azadlığa buraxıla bilər.

Əlbəttə, çox yaxşı olar ki, siyasi motivlə həbs edilmişlərin hamısı buraxılsın, amma ilk mərhələdə qeyd etdiyim kateqoriyadan olan şəxslər azad edilə bilər.

 

Şahin Cəfərli

Tacxeber.com

Oxşar xəbərlər

Teokratik zehniyyət

redaktor

Tramp Putini Danışıqlara Zorla Oturdacaq Yeganə Addımı Açıqladı!

redaktor

Təyyarə Baydenin evinə yaxınlaşdı, qırıcılar havaya qaldırıldı

redaktor