DünyaGündəmSiyasət

İran molla rejiminin geriyə sayımı başlayıb.

Görünən, İran molla rejiminin geriyə sayımıdır.
İranda, görünür ki, hakimiyyət rejiminin xüsusi repressiyası hesabına etirazçılarla qarşıdurma bir qədər səngiyib. Ancaq, belə durum nisbidir.

Vəziyyətin o gərgin halında, ABŞ Prezidentinin İrana hərbi müdaxiləsi təhdidli çətin anları İran rejimi təhlükəni səngitmək üçün hiyləyə əl atdı. Trampla rəsmi kontakta çıxıb da, dialoq istədi. Tramp inanıb dayandı, bunlar isə repressiyaya, qırğınları artırıb, öz xislətləri üzrə işini gördülər.

Tramp da məkrli molla hiyləsini anlayaraq artıq iranlılarla bütün görüşləri ləğv etdiyini açıqlayıb.
TruthSocial sosial şəbəkəsində paylaşım edən Tramp iranlıları etirazları davam etdirmə, dövlət institutlarını ələ keçirməyə çağırıb:

“Qatillər və istismarçıların adını yadda saxlayın. Onlar çox böyük hesab ödəyəcəklər. Mən bütün etirazçıların mənasız qətlləri bitməyənə qədər iranlı məmurlarla bütün görüşləri ləğv etmişəm. Yardım artıq yoldadır”.

Bu son, məxfi cümlənin mənası xeyli müzakirə edilir. Yəqin ki, hərbi müdaxilədən gedir söhbət.
İstənilən halda, məncə ABŞ bu məsələdə vacib addımı atmaqda ləngiyir. Amma bilmək olmaz, şiddətli zərbələr də endirilə bilər, İrana yönəlik. Hər halda, bu İran söhbəti əsla bitənə oxşamır.

Ümumən isə, onu qəti demək olar ki, kiflənmiş molla rejiminin getmək vaxtıdır. Bu son dərəcə ifrat hadisələr, 12 gün müharibə sonrası, ikinci dəfə bərk sarsıtdı rejimi. Hətta görünür ki, bərk laxlatdı. Bundan sonra İran hakimiyyəti yerində qalsa belə, müvəqqətidir. Həmin repressiyaları, edamları olmayacaq. Mütləq ki, yumşalmalara, islahat görüntülərinə gedəcək. Pezeşkian kimi mütərəqqi fikirlilərə yol verməli olacaq. Bu isə, xalqın daha oyanışı, molla rejiminin bitməsidir.

 

İlqar Altay

Tacxeber.com

Oxşar xəbərlər

Elan edilməmiş müharibə: Qonşu ölkə Trampa xəbərdarlıq etdi

redaktor

“Bravo” da “Oba”nın yolunu gedir: az işçi, köhnə məhsullar… – Döşəmə silən həm də bulka satır – FOTO

admin

Rusiya tərəfdən döyüşənləri vətəndaşlıqdan məhrum edəcəyik – Sandu

redaktor