13 yaşında olanda ad günündən çıxıb maşını tək sürdüyü üçün həbs edildi.
İttiham aktı:
“böyük qardaşlarına pis nümunə göstərmək”-idi.
Qısa müddət qaldığı həbsxanadan çıxarıldıqda və evinə gətirildikdə körpənin bədəninə 100 qamçı zərbəsinin izi var idi..
Ətrafda onu rejimin düşməni hesab edirdilər və dəfələrlə təqibə məruz qalırdı. Onun qonşusu olan İranda İslam İnqilabının keçmiş mühafizəçisi, taksi sürücüsü evli, iki uşaq atası, 51 yaşlı əli Darabi izləyirdi və günlərin birində onu qaçırıb təcavüz edir. Dəfələrlə təcavüz davam etdiyi üçün ailəsi şikayət etmək istəyirdi. Lakin onları qorxudurdular. Qanun olmayan İran zorakılıq edən keçmiş hərbiçini müdafiə edirdi.
Lakin qız özündə cəsarət tapdı, şikayət elədi və məhkəmədə manyak etiraf edir ki, qızı zorlayıb. Səbəb ?
Atefanın “başını düzgün örtmədən şəriət qaydalarını pozduğunu” iddia edərək və bu vəziyyətin onu kişi kimi təhrik etdiyini deyir.
Bu vəziyyətdən qəzəblənən Atefa məhkəmə zamanı çadrasını çıxarıb hakimə atdı. Hakim Hacı Rezay Atefanın bu addımını zina kimi qəbul edərək onu edam cəzasına məhkum edir.
Atefeh Rəcəbi Sahale 15 avqust 2004-cü il tarixində saat 06:00-da şəhər meydanına krandan asılaraq edam edildi.
Cəsədi 45 dəqiqə meydanda asılı vəziyyətdə qalır və sonra onu dəfn edirlər..
Beynəlxalq məhkəmənin qərarı ilə məzarın açılması və DNT analizi üçün cəsədin çıxarılmasından narahat olan səlahiyyətlilər; dəfn edildikdən bir gün sonra cəsədi çıxarıb naməlum yerə apardılar. O dövrdə yazırdılar ki, İran rejiminin hüquq sisteminin əməkdaşları onun meyidinə belə təcavüz edirlər.
Atefeh və sənin kimi İran rejiminin qurbanı olan qızların, zorakılığa məruz qalmasına baxmayaraq qorxu içərisində yaşamış, intihar etmiş, məişət zorakılığına qarşı özünü müdafiə edərkən törətdiyi əməllərə görə edam edilən, məcburi nikaha və ya uşaq yaşda nikaha məruz qalıb etiraz etməsinə görə edam edilən və nəhayət 2026- cı ildə meydanda asılan Tayyebeh Hekmat (53 yaşlı, 3 uşaq anası) və Soheila Azizinin qisasının alınmasına az qalıb…
