Dekabrın 19-da Aralıq dənizində “Qendil” tankerinə Ukrayna dronları tərəfindən hücum edilib. Tanker Rusiya neftini Hindistana daşıyırdı. Tankerdə xüsusi təyinatlı kəşfiyyatçının və “Vaqner” təcrübəsi olan iki şəxsin də olduğu müəyyən edilib. Bu barədə “Dosye” mərkəzi və Norveçin NRK nəşri birgə araşdırma yayıb.
Araşdırmaya görə, tankerdə olan şəxslər bunlardır:
Aleksandr Malaxov, 50 yaş.22-ci ayrı-ayrı qvardiya xüsusi təyinat briqadada xidmət edib, Rostov‑na‑Donu hava limanı ilə bağlı strukturlarda işləyib və müəyyən müddət Suriyada olub.
Viktor Aleksandrov, 60 yaş,Krım doğumlu. 2000-ci illərin əvvəllərində quldurluqla bağlı məhkum olunub, sonradan mühafizəçi kimi işləyib, “Vaqner” PMC-ə qoşulub və Suriyada döyüşüb. 2015-ci ildən Rusiya nəzarətində olan Ukrayna ərazilərində müntəzəm olub.
Ekspertlər hesab edirlər ki, bu şəxslərin kəşfiyyat fəaliyyəti ilə məşğul olması ehtimalı böyükdür. Bundan əvvəl CNN xəbər verirdi ki, Rusiyanın “gizli donanması”na aid bəzi gəmilərdə “Moran Security” şirkəti fəaliyyət göstərib və bu şirkət Rusiya ordusu ilə bağlıdır.
“Gizli donanma” gəmiləri adətən üçüncü ölkələrin bayraqları altında hərəkət edir. Lakin 2025-ci ilin son üç ayında 25 tanker Rusiya bayrağına keçib. Bu barədə “The Wall Street Journal”, “Lloyd’s List Intelligence” məlumatlarına istinadən xəbər yayıb.(AzPolitika.info)
