19 C
Bakı
28 Sentyabr 2026 03:15
DünyaSiyasət

Ağ Ev: Tramp ABŞ-ın hərbi gücünü İrana qarşı istifadə etməkdən çəkinməyəcək

ABŞ prezidenti Donald Tramp Amerika ordusunun gücündən İrana qarşı istifadə etməkdən çəkinməyəcək.

Ağ Evin mətbuat katibi Kerolin Levitt bu barədə “Fox News”a verdiyi müsahibədə bildirib.

“Prezident Tramp həmişə diplomatiyanın birinci seçim olduğunu söyləyib. Bu, həmişə belə olub və olacaq, amma o, zəruri hesab edərsə, ölümcül gücdən və ABŞ ordusunun gücündən istifadə etməkdən çəkinməyəcək”, – deyə o bildirib.

Onun sözlərinə görə, Tramp hava hücumları da daxil olmaqla, İrana qarşı istənilən hərəkətə açıqdır. Lakin, Levitt aydınlaşdırıb ki, diplomatiya ABŞ prezidentinin üstünlük verdiyi seçim olaraq qalır.

O qeyd edib ki, cəmi bir neçə ay əvvəl İranın “ən güclü aktivi” nüvə proqramı idi, lakin Amerika ordusu onu məhv etdi.

 

Tacxeber.com

Oxşar xəbərlər

İki qardaş arasına nifaq salmaq asan deyildir…

redaktor

Türkiyə türk dövlətlərini fəlakətli məcarəpərəstliyə sürükləyir

redaktor

Rus terroru davam edir

redaktor