İrandakı teokratik rejim tarixi sonluğuna yaxınlaşır. Bəlkə bir neçə gündən və ya bir neçə həftədən, ən geci bir neçə aydan sonra teokratik rejim hökmən çökəcək.
Teokratik rejim gözlənən sonluğa yaxınlaşsa da, teokartik zehniyyət uzun müddət mövcudluğunu saxlayacaq. Bəlkə bir nəsil, bəlkə də bir neçə nəsil dəyişməlidir ki, teokratik zehniyyət yox olub getsin.
Rusiya işğalındakı Dərbənd Azərbaycan xalqının və dövlətçiliyinin formalaşmasının beşiyidir. Dərbənd Azərbaycan dövlətinə qovuşmadan Azərbaycan dövləti heç bir zaman bütövləşmiş sayıla bilməz.
Dərbənd Azərbaycan dövlətinə qovuşmadan Azərbaycan xalqının ruhu, mədəniyyəti və tarixi heç bir zaman bütövləşməyəcək. Beşiyindən qoparılmış ruh, mədəniyyət və tarix həmişə yarımçıq qalacaq. Yarımçıq ruh, yarımçıq mədəniyyət, yarımçıq tarix üzərində böyük dövlət qurula, qürurverici mədəniyyət nümunələri yadıla bilməz.
Azərbaycan aydınlarının, ictimai-siyasi xadimlərinin, rəy liderlərinin birinci vəzifəsi Dərbənd haqqında düşünmək, yazmaq və fikir formalaşdırmaq olmalıdır.
Teokratik zehniyyət üçün Qəzza Dərbənddən daha doğmadır. Çünki, teokartik zehniyyət üçün vətən anlayışı din anlayışından, vətən çoğrafiyası səccadədən ibarətdir. Teokratik zehniyyət üçün Məscidül-Əqsa doğma, tarixi İslamdan əvvələ gedib çıxan Narınqala yadddır. Ona görə də ruhumuzun, mədəniyyətimizin və tariximizin beşiyi Dərbəndin adını dilinə gətirməyən teokratik zehniyyət daşıyıcıları bütün günü Qəzza, Sudan, Somali üçün göz yaşı tökürlər.
Qəzza, Sudan, Somalinin aid olduğu ərəb xalqı bütövlükdə 13 milyon kvadrat kilometrdən artıq topağa sahibdir. Əgər ərəblər vahid dövlətdə birləşsəydilər, bu dövlət ərazicə Rusiyadan sonra dünyanın ikinci ən böyük dövləti olardı. Bu qədər torpağa sahib, sayısı 500 milyona çatan ərəblərin 23 dövlətinin bəşəriyyətə faydası cəmi 22 145 kvadrat kilometr sahəyə malik torpaq üzərində mövcud olan İsrail qədər deyil. Sayısı 500 milyona çatan ərəblərin 23 dövlətinin hamsının dünayada tanınan marka məhsulu Cənubi Koreyanın dünyaca məşhur markalarının onda biri qədər deyil. Ancaq belə məsələlər heç zaman teokratik zehniyyət sahiblərini narahat etmir.
Teokratik rejim çox yaxın zamanda çökəcək. Ancaq ardında dağılmış bir çoğrafiya, çağdaş mədəniyyətə düşmən olan teokratik zehniyyət sahibi milyonlar buraxacaqdır. Ona görə də sistemlə deyil, sistemi doğuran və fikirlərdə yaşadan zehniyyətlə mübarizə aparmaq lazımdır. Əks halda heç bir zaman bizim Cənubi Koreya, Yaponiya, Almaniya kimi dövlətimiz olmayacaq.
