DünyaSiyasət

İran inqilabının “40 gündən bir” döngüsü

Xamenei “həzrətləri” deyəsən çox qocalıb. Hakimiyyətə necə gəldiklərini unudub.

Adam bir tərəfdən “biz qanla gəlmişik, xoşluqla da gedən deyilik”, – deyir. Təbii ki, bu sözün bir başqa anlamı “qanla gəlmişik, qanla da gedəcəyik” deməkdir. Amma qanla necə gəldiklərini deyəsən qoca ayətullahın yadından tamamən çıxıb. Əgər belədirsə, ona bir tarixi faktı xatırlatmağı öz müsəlman borcumuz hesab edirik.

Cənab qoca, tarixi faktlar göstərir ki, Rza Pəhləvinin devrilməsinin əsl səbəbi etirazçıları acımazsızcasına qətlə yetirməsi olmuşdur. Zira bu qətliamlar İran xalqını nəinki qorxutmadı, əksinə hər qətlə yetirilən insanların 40 mərasimləri daha geniş xalq kütlələrinin meydanlara axışmasına səbəb oldu. Məhz bu mərasimlər sayəsində hər 40 gündən bir düzənlənən və getdikcə böyüyən etiraz dalğaları sonunda Pəhləvi xanədanının yıxılması ilə nəticələndi.

Görünən budur ki, Xamenei “həzrətləri” indi də bu “40 gündən bir” döngüsünü öz xanədanının viran qalması üçün təkrarlayır.

 

Heydər Oğuz

Tacxeber.com

Oxşar xəbərlər

Qərb kəşfiyyatı: İran itkilərini gizlədir

admin

Hitlerin yəhudi əsilli hərbçiləri: milyonlarla qohum ölümü

redaktor

“Kremldə durum pisləşib, Putin çaşqın haldadır”

admin