10 C
Bakı
03 Mart 2026 15:45
GündəmHadisəSiyasət

Fuad Qəhrəmanlı DTX-yə çağırıldı

Hazırda həbsdə olan AXCP sədri Əli Kərimlinin müavini Fuad Qəhrəmanlı da xüsusilə ağır cinayətlərdə ittiham olunan Ramiz Mehdiyevin cinayət işi ilə bağlı ifadə verməyə çağırılıb.

Bu barədə F. Qəhrəmanlı feysbukda məlumat yayıb.

“Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) İstintaq İdarəsindən zəng edib Ramiz Mehdiyevin işi ilə bağlı ifadə verməyə dəvət etdilər. Bildirdim ki, hazırda ölkədə yoxam və sualları telefonla cavablandırmağa hazıram”, – deyə, o bildirib.

Qeyd edək ki, Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyev hakimiyyəti zorla ələ keçirməyə yönələn hərəkətlər, dövlətə xəyanət kimi cinayətlərdə təqsirləndirilir.

 

Tacxeber.com

Oxşar xəbərlər

Oğurluq avtomobillər Kanadadan Azərbaycana necə gətirilib? – DGK təkzib etdi – VİDEO

admin

“Koroğlu”da özbaşınalıq: Bakıda hegemon sürücülər peyda olub…

redaktor

“Onlar şimalda yaşayan ərəblərdir” Aqşin Yenisey

admin