10 C
Bakı
11 Yanvar 2026 13:26
DünyaSiyasət

Qoy gəlinlərimizdən biri də italyan olsun

İrəvanda Qaraginin heykəli ucaldı, buna görə Bakı Ermənistanı qınadı, faşizmə meyilliyi Ermənistanı Bakıdan uzaqlaşdırdı.

İndi İtaliyanın baş naziri Ciorcia Meloni də neofaşistdir, Mussolini kimi idealistdir.
Vaxtı ilə Meloni İtaliyanın Argentinada səfiri olub, 1945-də Argentinaya qaçan faşistlərə qoşulub. Həmin vaxt Azərbaycanın Argentinada səfiri Mehmet olub. O anadangəlmə diplomat doğulub. Mehmet Meloniynən tanış olur, bir an Bakının antifaşist mövqeyini unudur.

Xəbər çatır Bakıya, Mehmet göndərilir İtaliyaya səfir. Meloni Mehmeti unuda bilmir və ona söz verir ki:
“Vaxt gələcək mən baş nazir olacam, səni özüm qəbul edəcəm cənab səfir. İtaliyanın fəxri vətəndaşı olacaqsan, Azərbaycanı bütün Avropaya tanıdıb, ucaldacaqsan.”

Meloni baş nazir seçilir, Bakı İtaliyaya yeni səfir təyin edir.
Mehmet qayıdır Bakıya, gözü yol çəkir üzü İtaliyaya.
Meloni göz yaşlarını saxlaya bilmir, Bakıdan Mehmetin geri qaytarılmasını istəyir.
Bakı Meloninin gözyaşlarına dözə bilmir, kövrəlir, onun istəyini yerinə yetirir, Mehmet Avropaya yenidən göndərilir.
İndi Mehmet yenə də səfirdir, Meloni də Baş nazirdir, Mussolini yolunun idealistidir.

Mussolini faşist olsa da, türklərlə dost olub, Meloninin də könlü Mehmet kimi türkə Argentinada qonub, bundan bir türk oğlu doğulub, niyədə olmasın, qoy olsun, Azərbaycanda 100 minə yaxın erməni gəlinlərimiz varsa, qoy biri də italyan olsun.
Buna pərdəarxası diplomatiya deyirlər. Yəqin bəzi diplomatlar Azərbaycanı bu cür dünyada təmsil edirlər.

 

Mahmud Rasimoğlu
30.11.2025

Tacxeber.com

Oxşar xəbərlər

Yaponiya ABŞ-la əks hücuma keçəcək

redaktor

Fransada baş verənlər vətəndaş müharibəsidir – Zemmur

redaktor

Vəzifədən getməmişdən öncə “FSB”-dən Araik Arutyunyana zəng edərək nə deyiblər?..

admin