DünyaSiyasət

Putindən boşanmaq mümkündür. Rusiyadan yox.

Lyudmila Putina və Vladimir Putin 30 ildən çox evli oldular. 2013-cü ildə ayrıldılar. Səssiz, protokolsuz, referendum keçirmədən.

Üç il sonra Lyudmila yenidən evləndi. 2016-cı ildə özündən 18 yaş kiçik Artur Oçeretnı ilə.

Putin isə hələ də “xalq istədi”, “tarix çağırdı”, “alternativ yoxdur” mərhələsindədir.

Bir tərəf şəxsi həyatını yenilədi. Digər tərəf ölkəni şəxsi həyata çevirdi.

Lyudmila azad oldu. Rusiya yox.

Bəzən problem liderin getməməsi deyil. Problem ondadır ki, lider gedəndə ölkə də dağılır deyə hamını inandırıblar…

Almandilli “msn.com/de-ch” bu məsələni yenidən gündəmə gətirib…

 

Elbəyi Həsənli

Tacxeber.com

Oxşar xəbərlər

“Putin emosiyalarla hərəkət edən insandır” – VİDEO

redaktor

Əziz Səncərdən beyin xərçənginin müalicəsində inqilabi kəşf.

admin

Ən vacibi Rusiyaya elə təzyiq göstərməkdir ki… – Zelenski

redaktor