DünyaSiyasət

Kuba Prezidenti ölkəsinin ABŞ-yə müqavimət göstərməyə hazır olduğunu bəyan edib

Kuba ABŞ-nin hücumlarına müqavimət göstərməyə bundan sonra da hazırdır.

Tacxeber.com xəbər verir ki, bunu Kuba Prezidenti Migel Dias-Kanel “X” sosial şəbəkəsində yazıb.

“Kuba heç kimə hücum etmir, lakin artıq 66 ildir ABŞ-nin hücumlarına məruz qalır. Kuba vətəni son damla qanına qədər müdafiə etməyə hazırdır”, – o vurğulayıb.

Bundan əvvəl, bazar günü ABŞ Prezidenti Donald Tramp Kubaya gec olmadan Vaşinqtonla əməkdaşlığı tövsiyə edib. Amerikalı lider bildirib ki, Kuba bundan sonra heç bir neft və ya pul almayacaq, çünki uzun illər boyu Venesueladan gələn böyük həcmdə neft və pulla yaşayıb.(Report)

 

Tacxeber.com

Oxşar xəbərlər

Tənqid olunun qanuna dəyişiklik edilir.

admin

Avropa Liqasıında ingilislərin finalı olacaq.

admin

Saakaşvili Gürcüstan hökumətini Moskvanın göstərişi ilə Azərbaycana problem yaratmaqda ittiham edib.

redaktor