Bundan xəbər yoxdu?
İran özü-özünə etdi, külü də gözünə!
Saxtakar, din də yox, məzhəb arxasında gizlənib, öz milləti ilə paralel, qonşu – bölgə dövlətlərinə də pislik etdi, dini gözdən saldı. Bu bir şeytan rejimidir ki, çox çəkə bilməzdi, bilməyəcək də! Amma məni ən çox düşündürən millətimizin taleyidir. Biz harda yaşamasından asılı olmayaraq, millətimizin hər bir fərdinə sahib çıxmalı, onları qorumalıyıq!
Bu gün İranda baş verənlərin günahı nə Xamaneyi demiş; “Amrikə” deyil, nə də başqa bir güc. İranda baş verənlər ilahi ədalətin təzahürüdür. Bu şeytan rejim Azərbaycanda (bütüvlükdə) neçə-neçə başlar yeyib, cavabını verməlidir.
Qaldı, yerində qurulacaq rejimə, mən Güney Axərbaycanın tamamilə istiqlalını elan etməsini, gələcəkdə isə bizimlə birləşməsini istəyirəm. Yox, amma İran bütöv qalacaqsa, (indiki halda az ehtimal olunur) Mollanın gedib, Şahın gəlməsi də bizim Azərbaycan üçün uyğun variant deyil. Ən yaxşısı, İran bütövlükdə Türk dövləti olsun – Türkiyə kimi. Bunun üçün də Pezeşkian hökümətin içindən inqilab etməlidir. Xalqı vətəndaş müharibəsi üçün meydanlara çağırmaq lazım deyildi. Rejimi içindən az ağrı ilə dəyişmək üçün dəstəyə çağırmaq lazım idi.
Baxaq, hadisələrin gedişatı necə inkişaf edəcək. Əsas odur ki, millətimiz zaval görməsin, bu proseslərdən də uğurla çıxaq!
Qaldı, bu “kərimə” zir-zibillərinə, bu nadan, satqınlara ordan qaçmağa imkan vermək olmaz! Bu və bunun kimi fars aftafası daşıyan, qanı pozuq, şərəfsizləri bura gətirib, məhkəmə qurub, ən ağır cəzayla cəzalandırmalıyıq! Amma bu arada bizdən qabaq etirazçıların əlinə düşüb, ayaqlarından asılsalar da, qəbul edə bilərik.
