DünyaGündəmSiyasət

Qərb dünyası və demokratiyanın “güc müstəvisinə” keçid etməkdən başqa yolu yoxdur

Çin zəif ölkə deyil, amma özünü təqdim etdiyi kimi də böyük bir supergüc olmaqdan xeyli uzaqdır. İqtisadi göstəricilərin və hərbi ritorikanın arxasında əslində klassik şəxsiyyətə pərəstiş üzərində duran diktatura gizlənir. Belə sistemlərin inkişafının isə mədəni kontekstdən asılı olmayaraq tarixən bir ümumi ssenarisi var: gec-tez yıxılırlar. Tarix burada istisna tanımır, yalnız formaların müxtəlifliyi var.

Bu gün daha vacib olan başqa sualdır: gələcəkdə Qərbin və ABŞ-ın hansı sistemlə idarə olunacağıdır

Dünya “güc müstəvisinə” keçir dedikdə, söhbət nə fəlakətdən, nə də “demokratiyanın sonu”ndan gedir, əsas məsələ balansdır. Hər bir mürəkkəb sosial sistem yumşaqlıqla güc, razılaşma ilə məcburiyyət arasında balans üzərində yaşayır. Bu balans heç vaxt sabit olmur, daim dəyişir.

Hazırda bu balans nəzərəçarpacaq dərəcədə daha sərt idarəçiliyə doğru sürüşür. Bu nə ideologiya, nə də pis niyyət məsələsidir, bioloji və təkamül səbəblərinin nəticəsidir. Xarici təzyiq, rəqabət və mövcudluq təhlükəsi şəraitində güc faktoru həmişə ön plana çıxıb. Bu, qəbilələrdə də belə olub, imperiyalarda da, milli dövlətlərdə də, və bu gün də dəyişməyib. Bu zövq və ya əxlaq məsələsi deyil, təkamülün dəfələrlə təsdiqlədiyi faktdır: gücü sevməmək olar, amma o həlledici məsələləri keçmişdə də həll edib, indi də edir və gələcəkdə də edəcək.

Məhz buna görə ən real gələcək klassik diktatura deyil, şərti olaraq “demokratiyanın diktaturası” adlandırıla biləcək modeldir. Formal olaraq, demokratiya: prosedurlar, seçkilər, hüquqlar. Mahiyyət etibarilə isə, sərt, dişli, qərarları tez qəbul edə və uzun prosedurlara qapılmadan güc tətbiq edə bilən sistem.

Görünür, Qərb də məhz bu istiqamətə doğru getməkdən başqa yolu yoxdur: nə fatal diktaturaya, nə də sadəlövh “əbədi azadlıq” ideyasına, əksinə daha yetkin bir demokratiya formasına. Güclü, məsuliyyətli və mərkəzləşdirilmiş demokratiyaya. Elə bir formaya ki, burada humanizm sərt gücü inkar etmir, sərt güc isə məsuliyyətə tabedir. Bu mənada gələcək şüarlarla deyil, azadlıqla güc arasında balansı saxlaya bilənlərin kimliyi ilə müəyyənləşir, illüziyasız.

P.S. Əziz dostlar, çalışacağam yazılarımı, xəbərlərimi, təhlillərimi yazmağa davam edim, amma bir neçə gün olmasam, üzürlü sayın. Yüksək qızdırmam var, xəstəliyi çox ağır keçirdirəm.

 

Kamran Cəfərov

Tacxeber.com

Oxşar xəbərlər

Rusiya kəşfiyyatı NATO ölkələrində terror aktları hazırlayır…-İsrail mediası

admin

Putin: “Rusiya gələcəkdə də Azərbaycan-Ermənistan münasibətlərinin normallaşdırılmasına kömək edəcək”

redaktor

Gələcəyi düşünərkən…

admin