DünyaSiyasət

Pəhləvi təhlükəsi varmı?

Böyük Britaniya, Kanada, Avstarliya, Hindistan, Türkiyə və Rusiya öz vətəndaşlarını İranı tərk etməyə çağırıb. ABŞ və Yeni Zelandiya ilə birlikdə “Beş göz” kəşfiyyat ittifaqında təmsil olunan Böyük Britaniya, Kanada və Avstarliya vətəndaşlarından İranı tərk etməyi tələb etməsi ABŞ-ın yaxın günlərdıə İrana qarşı hərbi əməliyyata başlayacağı ehtimalının çox yüksək olduğunun göstəricisidir.

Ötən ilin iyunundan fərqli olaraq bu dəfə teokartik rejim dağılmalana qədər Trampın hərbi əməliyyatları davam etdirəcəyini ehtimal etmək olar. Üsyan xarakteri alan etirazların zərbəsi altında sarsılan rejimin güclü kənar müdaxilənin nəticəsində qısa zamanda dağılma ehtimalı həddindən artıq yüksəkdir.

Teokratik rejimin çökməsində maraqlı olan Tramp adminstrasiyası İranın bütövlüyünü qorumağa çalışacaq. Bunu Suriyanın bütövlüyünü qorumaq üçün ABŞ-ın İsrailə göstərdiyi güclü təzyiq də sübut edir. Suriya iqtidarını İsrail rəsmiləri ilə Parisdə bir araya gətirən ABŞ özünün nəzarəti altında iki ölkənin kəşfiyyat məlumatlarının mübadiləsi və hərbi gərginliyin azaldılması üçün əməkdaşlığın yaranmasına nail olub. Radikal sünnü islamçı qrupların iqtidarı ələ keçirdiyi Suriyanın İsrail üçün Bəşər Əsəd Suriyasından daha çox təhlükə mənbəyi olmasına baxmayaraq, ABŞ İsraili Suriya ilə əməkdaşlığa vadar edir.

Suriya ilə müqayisədə İranın bölgə ölkələrinə təsiri dəfələrlə çoxdur. Əksər ekspertlər belə düşünür ki, İranın parçalanacağı halda Suriyadan Pakistana qədər uzanan bölgədə yerləşən bütün dövlətlərin ərazi bütövlüyünün pozulma ehtimalı var. ABŞ isə proseslərin belə inkişafına arzulamadığını açıq-aydın nümayiş etdirir. İranın devrilmiş sonuncu şahının oğlu Rza Pəhləvinin önə çıxarılması da bununla bağlıdır. Çünki, bütün İranı əhatə edən müxalifət olmadığı kimi, bütün İranın dəstəyini qazana biləcək lider də yoxdur. Ona görə də Rza Pəhləvi önə çıxarılmağa çalışılır. Trampın sevimli Fox News kanalı Pəhləvinin təbliğində əsas platforma kimi çıxış edir.

Ümumiyətlə, kənar müşahidəçidə belə qəanət yaranır ki, əgər Suriyada qanlı bir terrorçu olmuş Əhməd əş-Şaara hakimiyyətə gələ bilirsə, Qərbdə böyümüş İranın keçmiş şahın oğlunun hakimiyyətə gəlməsində qəbahətli nə var ki? Üstəlik, Tramp adminstrasiyasının Yaxın Şərqə baxışı belədir ki, bu çoğrafiyada seçki əsasən radikal dinçi qüvələrin iqtidarı ələ keçirməsinə səbəb olduğu üçün ən yaxşısı mötədil monarxiyadır.

ABŞ-ın Türkiyədki səfiri Tim Barrakın bunu çox açıq mətinlə ifadə edib. Həqiqət naminə demək lazımdır ki, bu yanaşmada həqiqət payı çoxdur. Ancaq bu baxış İrana müansibətdə qüsurludur. İran İslam çoğrafiyasında dünyəvi dövlətə ən çox hazır olan ölkədir. Bu şiə məzhəbinin sünnü məzhəbindən fərqli olaraq dünyəvi dövlət prinsiplərinə müqayisəedilməz dərəcə də açıq olması ilə bağlıdır. Ona görə də, İran Yaxın Şərqin digər ölkələrindən tamamilə fərqlənir. Bu mənada Pəhləvinin İranda hakimiyyətə qayıdışı Suriyada Əhməd əş-Şaaranın iqtidara gətirilməsi qədər asan olmayacaq.

Çox güman ki, ümumiyyətlə mümkün olmayacaq. Çünki, Şaaradan fərqli olaraq Pəhləvinin mübarizə meydanında silahlı gücü yoxdur. Şaaranın Suriyada hakimiyyəti ələ keçirməsini Böyük Britaniya, Türkiyə, Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirliyi və Qətər də fəal şəkildə dəstəkləmişdilər.

Ən əsası İranda Azərbaycan türkləri, kürdlər, bəluclar, ərəblər Pəhləvinin hakimiyyətə qayıtması üçün deyil, öz müqəddəratını təyin etmə uğrunda mübarizə aparırlar. Buna görə də, hüquqi, siyasi və mənəvi ligitimliyi olan Prezident Məsud Pezeşkianın hakimiyyətdən kənarlaşdırılması, hüquqi, siyasi və mənəvi ligitimliyi olmayan Pəhləvinin iqtidara gətirilmək cəhdi Güney Azərbaycanın öz müqəddəratını müəyyən etməsini tətikləyəcəkdir.
Bizim üzərimizə düşən vəzifə həmin ana hazır olmaqdır.

 

Xəqani Cəfərli

Tacxeber.com

Oxşar xəbərlər

Rusiyadan milyardlarla dolu təyyarələr çıxıb, hara uçub? – ŞOK

admin

“Forbes” ən varlı məşhurların adını açıqladı – 5,3 milyardla birinci odur

admin

Avropa niyə Rusiya qazı olmadan donmur və bu nə qədər davam edəcək?

admin