DünyaSiyasət

Keçmiş prezident Xatəmi: “Hökumət xalqı bu vəziyyətə gətirib çıxardı…”

İranın keçmiş prezidenti (1997-2005), islahatçı hərəkatın liderlərindən biri olan Məhəmməd Xatəmi, ölkəni 14 gündür sarsıdan və yüzlərlə insanın ölümünə, minlərlə insanın yaralanmasına səbəb olan genişmiqyaslı hökumət əleyhinə etirazlara münasibət bildirib.

Xüsusilə, Xatəmi bildirib ki, “xalqın etiraz etmək və dinc yürüşlər keçirmək hüququ var. Lakin məscidləri və binaları yandırmaq vandalizmdir. Bu, cəzalandırılmalıdır”.

Eyni zamanda, Xatəmi hesab edir ki, “bu gün etirazçılara qarşı zorakılıq da qəbuledilməzdir”: “Çünki insanları bu vəziyyətə gətirən hökumət, administrasiya, sistemdir. Xalq yaxşı həyat, firavanlıq, yüksək əmək haqqı və yüksək pensiya tələb edir. Bütün bunlar yoxdursa, onda xalq nə etməlidir?”

Keçmiş prezident qeyd edir ki, “insanlar uşaqlarını böyütmək, onlara yaxşı bir gələcək qurmaq və onlara yaxşı təhsil vermək istəyirlər. Əgər bunu təmin edə bilmiriksə, etirazları normal qəbul etməliyik”. (Azadlıq Qəzeti)

 

Tacxeber.com

Bizimlə əlaqə: [email protected]

Oxşar xəbərlər

Akif Çovdarovun müsadirə olunmuş əmlakları geri qaytarıldı – SİYAHI

redaktor

Vladimir Zelenski etiraf etdi: Amerikanın dəstəyi olmasa, Ukrayna daha çox ərazilər itirəcək

redaktor

Ərdoğan Rusiyada ilin siyasətçisi SEÇİLDİ

redaktor