6 C
Bakı
11 Yanvar 2026 02:33
DünyaGündəmSiyasət

Tehran və Təbriz bazarlarını etiraza qaldıran səbəb nə idi?

İran etirazlarının gələcəyini qiymətləndirmək üçün səbəblərə baxmaq lazımdır. Tehran və Təbriz bazarlarının bağlanması və orta sinifin etirazlara qoşulması ciddi məsələ idi. Çünki bu bazarların İran inqilabı da daxil olmaqla oradakı proseslərə təsiri məlumdur.

Bəs, Tehran və Təbriz bazarlarını etiraza qaldıran səbəb nə idi?

Keçən ilin sentyabrında İrana qarşı sanksiyalar yenidən aktivləşdirildi. Sanksiyalar səbəbilə İran Mərkəzi bankı 2018-dən etibarən təməl qida maddələrinin tədarükü ilə məşğul olan idxalçı və istehsalçı kəsimlərə xüsusi dollar-rial məzənnəsi tətbiq edirdi. Buna görə də İranda dolların həm subvensiyalı, həm də bazar məzənnəsi olmaqla iki qiyməti yaranmışdı.

Əsas məhsulların idxalı və istehsalı ilə məşğul olanlar şəxsi əlaqələri sayəsində dolları Mərkəzi bankdan daha ucuza alırdılar. Küçə ilə məzənnə fərqindən dolayı daha çox qazanırdılar.

Mərkəzi bank bir neçə gün əvvəl həmən bu subvensiyalı məzənnəni dayandırdığını elan etdi. Bu da ilk növbədə bundan faydalanan idxalçı və istehsalçıları vurdu. Nəticədə hamımızın gördüyü Təbriz və Tehran bazarları etiraza qalxdı. Alverçilər zərər etməmək üçün paralel olaraq qiymətləri də qaldırdı. Sadə camaat onsuzda qiymət artımından narazı idi, qoşuldular bir-birinə. Bu da etirazların miqyasını genişləndirdi.

Ancaq deyilir ki, hökümət artıq orta sinifi razı salacaq addımlar atıb. Yeni subvensiya tətbiq edib. Ona görə də orta sinif bir qədər sakitləşib və meydanlardan çəkilib.

Lakin sadə camaat və digər qruplar etiraza davam edir. Səbəb də bəllidir. Ölkədə 40%-dən çox inlyasiya var. Dekabrın sonunda İran rialı çox ciddi dəyər itirib. Məhsulların qiymətləri 2-3 qat yüksəlib. Hökümət isə bunun qarşısını ala bilmir. Çünki neft qiymətləri düşür, Mərkəzi bankın maliyyə ehtiyatları da günü gündən əriyir.

Əgər 2019-da maliyyə ehtiyatları təxminən 120 milyard dollar olubsa, pandemiyadan sonra bu göstərici 20 milyard dollara qədər düşüb. Hazırda inflyasiya ilə birgə 25 milyard civarındadır.

Ən son Pezeşkian da yeni büdcə təklifində 62%-lik vergi artımından danışıb. Büdcə kəsiri illərdir ki, həll edilmir. Rial isə günü-gündən dəyərsizləşməkdə davam edir.

Belə görünür, etirazlar davam edəcək, amma orta sinif yenə öz maraqlarını reallaşdırıb geri çəkilib. Bu dəfə olmasa belə, bu problemlər İranı ciddi ölçüdə dəyişdirəcək. Ağılları varsa, özləri dəyişikliyə gedəcəklər, yoxdursa da, hamımız olanları izləyəcəyik.

 

Araz Əliyev

Tacxeber.com

Bizimlə əlaqə: [email protected]

Oxşar xəbərlər

Rusiya Afrikada nə qədər hərbçi saxlayır – rəqəmlər açıqlanıb

redaktor

Ruslar Odessa xəsətəxanasını vurdu: əməliyyat aparan həkim yaralandı

redaktor

Dubayda möhtəşəm dron performansı – ANBAAN VİDEO

redaktor