DünyaSiyasət

“Tramp getsin öz ölkəsini idarə eləsin!” – Xamenei

İranın Ali Lideri Əli Xamenei xaricdən dəstəklənən elementləri ölkədə sabitliyi pozmağa çalışmaqda günahlandırıb.

Tacxeber.com xəbər verir ki, onun çıxışını İran Dövlət televiziyası yayıb.

“Hər kəs bilməlidir ki, İslam Respublikası yüz minlərlə şərəfli insanın qanı bahasına hakimiyyətə gəlib və təxribatçıların qarşısında geri çəkilməyəcək”, – deyə Xamenei bildirib.

Tehranda baş verən iğtişaşlara toxunan Xamenei etirazçıların ABŞ prezidentini razı salmaq üçün hərəkət etdiyini bildirib.

“Onlar onu razı salmaq istəyirlər. Əgər o, bir ölkəni necə idarə etməyi bilsəydi, öz ölkəsini idarə edərdi”, – deyə o bildirib və əlavə edib ki, Amerikanın bir çox problemi var.

İran Dövlət televiziyası həmçinin onun “ABŞ prezidentinin əlləri 1000-dən çox iranlının qanı ilə ləkələnib” sözlərini sitat gətirib.

Xamenei həmçinin tərəfdarlarını birliyi qorumağa çağırıb.

 

Tacxeber.com

Oxşar xəbərlər

“Futbolçuları heç kim düşünmür, biz də tətil edə bilərik” – Karvahal

admin

Verilişə çıxıb dostunu öldürən adamı axtarırdı, qatil özü çıxdı

redaktor

“Uşaqlarım müharibədən sağ çıxmayacağımdan qorxurlar” – Zelenski Rusiyaya sülh TƏKLİF ETDİ

redaktor