DünyaSiyasət

Tramp: ABŞ tərəfindən Venezuela yenidən qurulmalıdır

ABŞ Prezidenti Donald Tramp Venezuela ilə bağlı strateji məqsədlərini açıqlayıb və ölkədə seçkilərin keçirilməsi üçün zaman və bərpa prosesinin zəruri olduğunu bildirib.

Tacxeber.comxəbər verir ki, Tramp bu fikirləri Fox News telekanalına verdiyi müsahibədə səsləndirib.

ABŞ lideri bildirib ki, Venezuela üçün demokratik seçkilər yalnız ölkənin yenidən bərpasından sonra mümkündür:
“Bu, baş verəcək. Amma bunu etmək üçün bir az vaxta ehtiyacımız var. Ölkəni yenidən qurmalıyıq”.

Trampın açıqlamaları fonunda ABŞ-ın 3 yanvar tarixində Venezuela ilə əlaqədar geniş miqyaslı hərbi əməliyyat keçirdiyi, bu əməliyyatın nəticəsində ölkənin indiki rəhbərliyinə qarşı ciddi tədbirlərin görüldüyü bildirilir. Əməliyyat sonrası ABŞ-ın ölkə daxilində vəziyyəti nəzarət altına almaq və gələcək bərpa strategiyalarını həyata keçirmək niyyətində olduğu qeyd edilir.

Bu hadisə beynəlxalq səviyyədə tənqidə səbəb olub, ABŞ Senatı Trampın hərbi addımlarına nəzarət üçün Müharibə Nizamnaməsi barədə qətnaməni irəli sürüb.

 

Tacxeber.com

Oxşar xəbərlər

Sabah 14 yaşlı qızın toyudur – DİN-ə çağırış

redaktor

Arda Turanın Ukraynanın “Şaxtyor” klubunun baş məşqçisi olacağı bildirilir.

admin

Gürcüstanda yaşayan azərbaycanlı mühacir-jurnalist yenidən saxlanılıb

admin