10 C
Bakı
15 Mart 2026 10:33
DünyaSiyasət

Hakim rejim devrilərsə, İranda vəziyyət necə olacaq?

İranda hakim rejimin ölkədə sabitliyi bərpa edəcəyi inandırıcı görünmür. Çünki etirazların miqyası çox böyükdür və rejimin sütunlarını yıxmağa hədəflənib, hakimiyyətin resursları əvvəlki dönəmlərlə müqayisədə məhdudlaşıb, üstəlik ölkədə getdikcə fəlakət həddinə enən sosial-iqtisadi durum rejimin cəmiyyətdəki dayaqları sarsılıb.

Bunların üzərinə ABŞ və İsrailin müxtəlif alətlərlə bilavasitə prosesin içərisinə daxil olduğunu da əlavə etsək, teokratik rejimin yıxılma astanasında olduğunu düşünməyə əsas verir.

Bəs hakim rejim devrilərsə, İranda vəziyyət necə olacaq? Xüsusi ilə Güney Azərbaycan türkləri yaxın gələcək haqqında nə düşünürlər?

Bir məsələ artıq məlumdur: Güney Azərbaycanın taleyi heç bir masada yoxdur, ABŞ və İsrail monarxın tərəfdarları, eləcə də farslarla və kürdlərlə işbirliyindədirlər. Türklərin məsələsini əvvəlcə özləri, həmçinin Türkiyə və Azərbaycan öz masalarına qoymalıdırlar və soydaşlarımıza mənəvi dəstək verib yol göstərməlidirlər. Ən azı indiki mərhələdə…

 

Elçin Rüstəmli

Tacxeber.com

Oxşar xəbərlər

Türkiyə və ABŞ-ı üz-üzə qoyan Məzlum Kobani kimdir? – DOSYE

admin

Aqil Abbas: “Fatehlər fatehi prezident İlham Əliyev” filmi çəkilsin

redaktor

Tarixi faciələrlə “zəngin” olan ölkə: milyonlarla insan ölüb – FOTO

redaktor