DünyaSiyasət

Bu xoşunuza gəlməyə bilər – amma reallıqdır

Pəhləvi hakimiyyəti ehtimalı, güney azərbaycanlılarının aqibəti və alternativ reallıqla üzləşmək zamanı

-İranda rejim böhranı dərinləşdikcə siyasi alternativlər də müzakirəyə açılır. Bu alternativlər arasında ən çox qabardılan ad Pəhləvidir. Xüsusilə Rza Pəhləvi son illərdə diaspor və Qərb mediasında “keçid dövrünün simvolu” kimi təqdim olunur. Lakin İranın çoxmillətli reallığında əsas sual açıq qalır.

-Pəhləvi hakimiyyətə gələrsə, türkləri nə gözləyir? Və daha önəmlisi, türklər üçün alternativ siyasi xətt varmı?

-Pəhləvi hakimiyyətinin mümkün qayıdışı ilk baxışdan mollalarla müqayisədə daha liberal və sekulyar görünə bilər. Lakin məsələ ideologiya yox, dövlət modelidir.

-Tarixi təcrübə göstərir ki, Pəhləvi dövründə türklərinin ana dilində təhsil hüququ tanınmayıb, siyasi və inzibati qərarlar mərkəzdə cəmlənib, etnik kimliklər “vahid İran milləti” anlayışı altında əritməyə çalışılıb.

Rza Pəhləvinin bugünkü çıxışlarında da bu modelin əsas xətti dəyişmir. O, demokratiyadan danışır, amma çoxmillətli İranın siyasi-hüquqi tanınmasını açıq şəkildə gündəmə gətirmir. Türklər və digər xalqlar onun ritorikasında daha çox “mədəni müxtəliflik” kimi təqdim olunur, siyasi subyekt kimi yox.

Bu isə real bir ehtimalı ortaya qoyur – Pəhləvi hakimiyyəti qurularsa, türklər mollalar dövründəki ideoloji təzyiqdən qurtula bilər, amma mərkəzçi inkar siyasəti başqa formada davam edə bilər. Rejim dəyişər, amma türklərin statusu yenə qeyri-müəyyən qalardı.

Pəhləviyə alternativ olaraq tez-tez “xalq hərəkatları” xatırlanır. Lakin burada ciddi problem var. Bu hərəkatların bəzilərinin lideri olsa da, çoxu liderli, proqramlı və institusional deyil. Etirazlar əsasən spontan xarakter daşıyır.

Bununla belə, diqqətəlayiq məqamlar da var.

Güney Azərbaycanda milli-siyasi fəallar,

sosial ədalət və hüquq mərkəzli respublikaçı çevrələr, qadın və gənclik hərəkatlarının içindən çıxan yeni simalar.

Bu qruplar hələlik vahid alternativ təqdim etməsə də, bir üstünlüyə malikdir. Onlar mərkəzçi fars narrativindən kənarda düşünməyə daha yaxındır. Türklər üçün real alternativ Pəhləvi kimi “hazır ad” yox, məhz bu hərəkatların siyasi yetkinliyə çatması ola bilər. Amma bu, zaman və təşkilatlanma tələb edir.

Molla rejiminin türklər siyasəti nə gizlidir, nə açıq.

İslam Respublikası rəsmi ideologiyada “ümmət” anlayışını önə çəkir və etnik fərqləri formal olaraq tanımadığını iddia edir. Praktikada isə vəziyyət fərqlidir. Türk bölgələrində mərkəzi nəzarət güclüdür, ana dili hüquqları sistemli şəkildə məhdudlaşdırılır, milli tələblər “separatizm” damğası ilə kriminalizə olunur.

Molla rejimi Pəhləvi faktorunu bu kontekstdə məqsədli şəkildə istifadə edir. Türklərə mesaj açıqdır: “Ya biz, ya şah.” Bu saxta seçim türklərin üçüncü yolu, demokratik və plüralist modeli düşünməsinin qarşısını almaq üçündür.

Eyni zamanda rejim yaxşı anlayır ki, türklər İranın demoqrafik və iqtisadi sütunlarından biridir. Ona görə də tam qarşıdurmadan qaçır, amma real siyasi hüquqlara da yol vermir. Bu da idarə olunan narazılıq siyasətidir.

-Türklər üçün əsas məsələ ad yox, prinsipdir

Bugünkü İran böhranında türklər üçün əsas sual Pəhləvinin gəlib-gəlməməsi deyil. Əsas sual budur – hakimiyyət kimdə olursa-olsun, İran türkləri siyasi subyekt kimi tanınacaqmı?

Əgər Pəhləvi hakimiyyəti ana dili hüquqlarını, regional özünüidarəni, real siyasi təmsilçiliyi

təmin etməyəcəksə, bu, türklər üçün alternativ sayılmamalıdır.

Əgər hərəkatçı alternativlər bu tələbləri açıq şəkildə irəli sürə bilməsə, onlar da yetərli olmayacaq.

Güneydəki azərbaycanlılar artıq “kim gəlsin?” sualından çox “necə idarə olunsun?” sualını mərkəzə qoymalıdır. Adlar dəyişə bilər, amma inkar qalarsa, tarix yenidən təkrarlanacaq.

 

Könül Alı

Tacxeber.com

Bizimlə əlaqə: [email protected]

Oxşar xəbərlər

Tramp TRIPP vasitəsilə Orta Asiyaya pəncərə açır…

redaktor

Zelenski dünyadan Putinə təzyiq göstərməyi XAHİŞ ETDİ – VİDEO

redaktor

Belçikanın gələcək kraliçasının Harvardda təhsili yarımçıq qala bilər

redaktor