DünyaSiyasət

Trampın seçimi qalmadı: İrana qarşı əməliyyat qaçılmaz oldu

Teokratik rejimin etirazçılara qarşı sərt represiya həyata keçirəcəyi halda etirazçılara kömək üçün İran rejiminə zərbə endirəcəyini vəd edən Donald Trampın seçimi qalmadı.

Venesuaelada Nikolas Maduroya qarşı uğurli əməliyyatdan ruhlanan Donald Tramp İranda rejimin etirazçılara qarşı represiyaları dayandırmağa çağıraraq Truth Social sosial şəbəkəsində belə bir açıqlama yayınlamışdı: “Əgər İran, vərdiş etdiyi kimi, dinc etirazçılara atəş açıb qəddarcasına onları məhv edirsə, ABŞ nümayişçilərin köməyinə gələcək. Biz hərəkətə keçməyə hazırıq.”

Respubliakçılar Partiyasının Senatdakı liderlərindən biri, Trampa ən yaxın senator hesab olunan Lindsi Qrem İran rejiminə səslənərək bəyan etdi ki, etirazçıları öldürməyə davam etsəniz, Tramp da sizi öldürəcək. Ötən gün Fox News kanalında çıxışı zamanı senator Lindsi Qrem İran hökumətini məhv etməklə hədələyərək etirazçı xalqa yardımın “yolda” olduğunu bəyan edib. Senator Lindsi Qrem İranda dəyişikliklərin hökmən olacağını, bunun isə Yaxın Şərq tarixində ən dərin dəyişikliklər olacağını vəd edib.

Respubliakçılar Partiyasının Senatdakı təmsilçiləri arasında president Donald Trampa yaxınlığı ilə tanınan nüfuzlu senator Ted Kruz da İran xalqının yanında olduğunu bəyan edərək, Amerika xalqının İran xalqının zülm boyunduruğundan azad edilməsini alqışladığını bildirib.
Son bir gün ərzində isə Qərbin aparıcı media orqanları, The New York Times-dan The Guardian-a kimi hamısı İrandakı etirazçıların Trampa ünvanlanmış yalvarış dolu müraciətlərini yayırlar. Tehrandakı küçələrdən birinə Trampın adını verən etirazçılar video müraciətlə ABŞ prezidentinə səslənərək rejimin onları öldürməsinə imkan verməməyə çağırıblar.
ABŞ-ın Yaxın Şərq üzrə aparıcı beyin mərkəzi olan “The Washington Institute for Near East Policy”-ın baş elmi işçisi Holli Daqres İrandakı etirazçıların Trampa ünvanlanmış video müraciətini özünün X sosial şəbəkəsində hesabından paylaşıb.

Bütün bunlardan sonra Trampın geri addım atması onun güclü lider obrazına ağır zərbə olar. Tramp hökmən İran rejiminə qarşı əməliyyatlar həyata keçirilməsinə əmr verməlidir. Üstəlik, bu ABŞ-ın ən statjı düşmənlərindən birini, İrandakı teokarik rejimi aradan qaldırmağa imkan verə bilər ki, bu aralıq seçkiləri öncəsi Trampın və Respublikaçılar Partiyasının mövqeyini gücləndirə bilər.
Çox böyük ehtimlla Tramp yanvarın 9-da, cümə günü keçiriləcək etirazları gözləyəcək və ondan sonra İrana qarşı əməliyyatları başladacaq. ABŞ-ın müdaxiləsindən və daxili təzyiqlərin təsiri ilə teokratik rejim dağıla bilər.

Güney Azərbaycan çökən rejimin dağıntıları altında qalmamalıdır. Əgər, Güney Azərbaycan çökən rejimin dağıntıları altında qalsa, tarix və gələcək nəsillər bunu bizə bağışlamayacaq!

 

Xəqani Cəfərli

Tacxeber.com

Oxşar xəbərlər

İranda ölənlərin sayı artdı

redaktor

Vladimir Medinskindən daha bir uğursuz müqayisə: Rusiya-Ukrayna münaqişəsini “iki qardaş arasındakı mübahisəyə” bənzətdi

redaktor

Zelenskiyə qarşı hücum hazırlanır

redaktor