1979-cu ildə, İslam İnqilabından dərhal sonra Pakistanlı jurnalistlərdən biri Xomeynidən soruşur: “İslam İnqilabı İrana nə verdi?”
Xomeyninin cavabı belə olub: “İslam İnqilabı İrana hər şeydən əvvəl müstəqillik verdi. Bu gündən sonra İran öz taleyi barədə qərarları özü verir. Artıq heç bir xarici güc bizim adımızdan danışa bilməz.”
Bəli, o vaxt Xomeyni demişdi ki, İran öz qərarlarını özü verəcək.
Problem ondadır ki, bu qərarları xalq yox, rejim verdi. Mollaların da yeritdiyi siyasətin axırı ölkəni iflas həddinə gətirdi…
Amerikaya sığınan Rza Pəhləvi Vaşinqtonun əli ilə taxta çıxsa, İranda qərarları yenə Amerika verəcək. Düşünürəm ki, ağlı başında olan kimsə buna şübhə etməyəcək…
