DünyaGündəmSiyasət

İranda proseslər görünür ki, ciddiləşir…

Proseslər, gedişata baxırsan, zarafat-zarafat, İran ətrafında vəziyyət getdikcə ciddiləşir. Və hətta, ətraf regionu narahat, ayaqda saxlama ehtiyaclı qədər. Rejim, siyasi “turbulensdədir.”

İran molla rejiminin bu günkü batan vəziyyəti bir günün püskütüsü ilə yaranmayıb. Rejimin apardığı illərin daxili və xarici “irtica” siyasəti, üstəgəl də son aylar və günlərin də ona qarşı yönələn zərbə və proseslərin rezonansıdır bu.

Proseslər, İran rejimi rəhbərliyinin ən mürtəce teoloji “molla” ideyaları ilə bataqlığa getdiyini anlayıb, türk əsilli aydın ziyalı M. Pezeşkianın prezident seçilməsinə elə də mane olmaması ilə başladı. Pezeşkianın molla idarəçiliyinə əks, xalq yönlü açıq çıxışları, xalqı ürəkləndirmısilə.

Xomeynizm yanlış siyasəti ilə zəifləmiş rejim “buzunun sınması” isə, 2025 iyun, İrana İsrail- ABŞ-ın hücumu ilə baş verdi. Bir gecədə neçə rejim generalının itirilməsi, Tehranın və başqa şəhərlərin hərbi və inzibati obyektlərinin tam bombalanması, İran hava müdafə sisteminin yararsız çıxması, İran nüvə gücünün də məhv edilməsi, Xameneinin qaçıb gizlənməsi və s.
Bütün bunlar molla rejimini çox bərk sarsıtdı,
rejimin “üfürmə gücünü” xalqa tam agah etdi.

Bu tərəfdən, yeni il ərəfəsi İranda çox kəskin iqtisadi-maiyyə problemi, inflyasiya, bahalıq etiraz prosesini başlatdı. Bu dəfə artıq, kasıb təbəqədən başqa, burjuaziya, sahibkarlar da qoşuldu etiraza. Bu dəfə küçə yürüşlərindən əlavə dövləti-inzibati binalara hücumlar oldu.

O tərəfdən xarici faktorlar. Xamneinin yaxın diktator həmkarı Maduronun biyabırçı halda evindən aparılaraq, hakimiyyətinin yıxılması, yenə, İran rejiminə qorxu, sarsıntı xalqa güc verdi. Üstəlik, Trampın rejimi hədələməsi ki, etirazçıları öldürərsə İrana müdaxilə edəcək.

Bir yandan isə, çox yəqin ki, Qərbin, ABŞ və Britaniya, İsrail kəşfiyyatının İranın daxilində rejimi zəiflətmə və xalqa dəstək yönlü “işləri”. Eyni zamanda da, rejimə daimi dəstəkçi olan
dost-müttəfiq Rusiyanın Ukrayna ilə savaşda haldan düşərək, Əsədi, Maduronu köməksiz qoyması qədər zəifləməsi. Deyir: Allah qapını bağlayanda hər yandan bağlayır, haqsız üçün.

Və hətta, İran rejimi bu böyük “zəlzələdən” bir təhər çıxsa belə, bu sarsıntı onu, çox qoymaz qalsın, o, 12 gün savaş sarsıntı nəticəsi kimi. Terror, təxribatı yayan dövlət rejimini müasir dövr qətiyyən qoymazlar qalsın və getməlidir. Cənublu qardaşlar ayıq olmalı, qonşu ölkələr, Türkiyə və Azərbaycan yəqin ki, tədbirlidirlər.

P. S.
Qaldı bir sual… Bizim güneyli qardaşlar bu cür şanslı prosesdə niyə susurlar, nəyi gözləyirlər?Nə olur, fars tərəf başlayıb, türk tərəf susanda, türkə rejim sıxıntı, zülməti düzəlir? Ümumxalq zülmündən necə qurtulasan bəs, fars başlayır, türk susur, türk başlayayır fars susur, elə molla rejimi üçün bu lazımdır də, illərlə ömrü uzansın.

Ordan şahın oğlu yalandan banlayır, burada da ciddiyə alıb, əl-qol düşür yanına. Nə şah, kimdi onu qoyan, şahdı-monarxdı qurtardı İranda. Nə Qərb, nə xalq şaha, mollaya imkan verməz. Nə narahatlıqdır, cənublu qardaşların milli çoxluğu olan halda? Rejimdən sonra mütləq demokratik ölkə qurulur. Əhali səs çoxluğu və qanuni seçki ilə öz halal düzgün prezidentini seçir, hökumət qurur. Çoxluğun da üstün, demokratik, ədalətli idarəçiliyilə və bütün millətlərin qardaşlığında. Bütün demokratik dünyada olduğu kimi, halal!

 

Tacxeber.com

Oxşar xəbərlər

“Deyəsən, Kadırov gəbərib” – Leonid Nevzlin

admin

SON DƏQİQƏ! Xocalıda ermənilərlə növbəti görüş BAŞLADI

admin

Konqresi Putinə Milad hədiyyəsi etdi: Bayden çarəsizdir

admin