İdmanMüsahibə

“Azərbaycanda futbol sürətlə inkişaf edir” – Andrey Demçenko

“Araz-Naxçıvan”ın yeni baş məşqçisi Andrey Demçenko Ukrayna mediasına müsahibə verib.

Tacxeber.com Sport.ua saytına istinadən xəbər verir ki,  sayta müsahibəsi zamanı  49 yaşlı Demçenko əvvəlcə sabiq klubu “Jenis”i (Qazaxıstan) tərk etməsinin səbəblərindən danışıb.

“Bizim aramızda şifahi razılaşma var idi ki, komandanı aşağı liqaya düşmə zonasından çıxaraq. Müqavilə mövsümün sonuna qədər imzalanmışdı. Mövsüm başa çatdıqdan sonra klub istəsəydi anlaşmanı uzada, istəməsəydi xidmətlərimdən imtina edə bilərdi – bu, onların hüququ idi. Rəhbərlik isə başqa variantı seçdi.

“Jenis” 14 oyundan ibarət məğlubiyyətsiz seriya əldə edərək altıncı pilləyə yüksəldi. Düzdür, daha yaxşı çıxış etmək də olardı, lakin bəzi matçlarda açıq şəkildə bəxtimiz gətirmədi”, – deyə mütəxəssis bildirib.

O, “Araz-Naxçıvan”a təyinatını karyerasında yeni mərhələ adlandırıb. Demçenko Azərbaycan futbolunun sürətlə inkişaf etdiyini qeyd edib:

“Azərbaycanda futbol sürətlə inkişaf edir. “Qarabağ” Çempionlar Liqasının qrup mərhələsinin iştirakçısıdır, həmçinin “Sabah’”, “Sumqayıt, “Zirə”, “Neftçi” kimi güclü komandalar var. Burada işləmək üçün yaxşı perspektiv gördüm. Mənim üçün çox maraqlıdır”.

Məşqçi “Neftçi” ilə keçirəcəkləri oyuna da toxunub. Rəqibi həmyerlisi Yuri Vernidubun çalışdırıldığını xatırladan Demçenko həmkarının təcrübəsi barədə danışıb:

“Təkcə onu demək kifayətdir ki, o, Çempionlar Liqasında Madrid “Real”ını məğlub edib. Təcrübəli məşqçi və onun komandası ilə qarşılaşmaq hər zaman maraqlıdır. Bu oyunu səbirsizliklə gözləyirəm”.

Xatırladaq kj, Demçenko bu il yanvarın 4-də “Araz Naxçıvan”ın baş məşqçisi təyin olunub.

 

Tacxeber.com

Bizimlə əlaqə: [email protected]

 

Oxşar xəbərlər

Messi ilə anasının duyğulu anları… – Video

admin

“İstanbula gəldikdən sonra çoxlu evlilik təklifləri almışam”

admin

“Beşiktaş”ın sabiq futbolçusu həbs olundu

redaktor