ABŞ-ın aparıcı müdafiə sənayesi şirkətlərindən olan Lockheed Martin 2025-ci ildə rekord sayda F-35 Lightning II tipli döyüş təyyarəsi istehsal edib.
Tacxeber.combu barədə xarici mediaya istinadla məlumat yayıb.
Məlumata görə, ötən il ümumilikdə 191 ədəd F-35 təyyarəsi təhvil verilib. Bu göstərici əvvəlki rekord olan 142 təyyarəni əhəmiyyətli dərəcədə üstələyib.
Lockheed Martin bildirib ki, hazırda F-35 proqramı çərçivəsində illik istehsal tempi ABŞ Silahlı Qüvvələrinin arsenalında yer alan digər döyüş təyyarələrinin istehsal həcmi ilə müqayisədə təxminən beş dəfə daha yüksəkdir.
Qeyd edək ki, dekabrın 23-də Floridada yerləşən Mar-a-Laqo iqamətgahında çıxış edən ABŞ prezidenti Donald Tramp beşinci nəsil F-35 döyüş təyyarələrinin istehsalçılarını təyyarələrin ABŞ və onun müttəfiqlərinə çatdırılma sürətinin yetərsiz olması ilə bağlı tənqid edib.
