Amerika Birləşmiş Ştatlarında silah istehsalının sürətləndirilməsi planlaşdırılır.
Tacxeber.comxəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp Respublikaçı konqresmenlərlə keçirilən görüş zamanı açıqlama verib.
ABŞ lideri ölkəsinin silahlarının keyfiyyətinə toxunaraq bildirib: “Heç kimin bizim silahlarımızın keyfiyyəti yoxdur. Problem ondadır ki, biz onları kifayət qədər sürətlə istehsal etmirik. Bundan sonra istehsala daha sürətli şəkildə başlayacağıq”.
Qeyd edək ki, Military Watch jurnalının ötən ilin dekabr ayının sonunda yaydığı məlumata görə, ABŞ-ın Ukraynaya həyata keçirdiyi genişmiqyaslı silah tədarükləri ölkənin hərbi arsenalında ciddi azalmalara səbəb olub.
