Suriya ordusu Hələbdəki 2 məhəlləni boşaltması üçün PKK-nın Suriya qanadı olan SDG-yə bir neçə saatlıq vaxt vermişdi. Möhlət yerli vaxtla saat 15.00-da başa çatırdı.
SDG-nın “Xarici işlər naziri” İlham Əhməd dəfələrlə dialoq çağırışına başlasa da, az qala yalvarış tonlu ricaları Suriya ordusu tərəfindən rədd edilmişdir.
Yəqin ki, bu axşam Suriya ordusunun Hələbi PKK-çılardan təmizləmə əməliyyatı başlayacaq və növbəti mərhələdə əməliyyat Fəratın Şərq sahilinə sıçrayacaq.
PKK mediasını dinləyirəm. Çıxış edənlər üstüörtülü şəkildə İsrailin və ABŞ-ın onları qotur keçi qiymətinə Ərdoğana “satdığını” ifadə edirlər.
