DünyaSiyasət

ABŞ indidən Venesuela neftinin satışına başlayıb – Bütün gəlirləri ABŞ-nin banklarına yönəldəcək

ABŞ hökuməti Venesuelanın xam neftinin qlobal bazarda satışına başlayıb.

Tacxeber.com xəbər verir ki, bu barədə ABŞ Energetika Nazirliyinin rəsmi açıqlamasında bildirilir.

Qeyd edilir ki, bu fəaliyyət ABŞ-nin, Venesuelanın və müttəfiqlərin maraqları naminə həyata keçirilir.

Ticarət əməliyyatlarının aparılması və maliyyə dəstəyinin təmin olunması üçün Vaşinqton aparıcı dünya əmtəə treyderlərini və əsas bankları cəlb edib.

Venesueladan çıxarılan xam neft və neft məhsullarının satışından əldə olunan bütün gəlirlər ilkin mərhələdə ABŞ-nin nəzarətində olan tanınmış dünya banklarının hesablarına yönləndiriləcək. Nazirlik vurğulayıb ki, bu qərar vəsaitlərin son bölgüsünün legitimliyini və dürüstlüyünü təmin etmək üçün qəbul olunub.

Maliyyə vəsaitləri Amerika və Venesuela xalqlarının maraqları naminə yalnız ABŞ hökumətinin qərarı ilə ödəniləcək. Neft satışları dərhal başlayır, ilkin mərhələdə 30–50 milyon barelin reallaşdırılması nəzərdə tutulur. Satışların müəyyən olunmamış müddətdə davam edəcəyi vurğulanır.

Bundan əlavə, ABŞ Venesuela nefti və neft məhsullarının dünya bazarlarına daşınması və satışı üçün sanksiyaları seçici şəkildə aradan qaldırır.(Report)

 

Tacxeber.com

Oxşar xəbərlər

Anasının dəfnində Mahsun Kırmızıgül xoşagəlməz anlar yaşadı.

admin

Zod istiqamətində düşmən təxribatının qarşısı belə alınıb – Video

redaktor

Vasif Talıbovun qudası vəzifəsindən azad edildi

redaktor