DünyaGündəmSiyasət

Zülm üzərində qurulan hakimiyyətin son ünvanı qaçış olur.

Xəbərlər yayılır ki, İran dini və dövlət lideri Əli Xamenei, ölkədəki xalq etirazları, ixtişaşlara görə narahat olub, 20 nəfər yaxını, ətrafını da götürüb Moskvaya, V. Putinin yanına köçmək istəyir. Çox ağıllı fikirdir, həm özü və yaxınları başısalamat qalar, həm İran xalqı işığa çıxar.

Nə qədər gec deyil, azdan-çoxdan nəyi varsa götürsün, Putinin Moskva ətrafında “daçalar” qəsəbəsi var, xüsusi olaraq ölkəsindən çıxan başçılar üçün hazırlayıb. Əsəd, Yanukoviç də ordadır, dincəlirlər, balıq tuturlar… Hələ, bir az da tez getsin, sonra yerlər dolur, qalmayacaq.

Kolumbiya, Kuba, Ş. Koreya, Afrikadan digər xeyli başçılar da yığışırlar, tökülüşüb gəlirlər. Həmin Moskvaətrafı səmtlə tanışam, neçə il yaşamışam, qışı bir qədər soyuq olur, yayı da ağcaqənəd dolu. İranın klimatından fərqlidir, qulluq, yeməkləri də fərqlidir. Eybi yox, səbir!

Bunlar hamısı düzələr, amma İran camaatına, qonşu ölkələrə zülm-ziyanlıqları düzələn deyil. Bunlara görə ağa, hər iki dünyada sorğuludur. Nə lazım idi, ruhani adam terror dövləti qura?İnqilab ixrac edirdi, özü inqilab içindədir. Heç olmasa bu ölkəni Pezeşkiana tapşırıb getsin.

 

İlqar Altay

Tacxeber.com

Oxşar xəbərlər

Markov: Paşinyan Paris naminə Soçidə oyun oynadı…

redaktor

Ukrayna bu yaşayış məntəqələrini azad etdi – Foto

redaktor

Avropa İttifaqı Ukraynaya 18 milyard avro yardım ayıracaq

redaktor