Nikolas Maduronun həyat yoldaşı Siliya Flores. Sadəcə prezident həyat yoldaşı deyil, ölkə içində onlarla vəzifəsi olan, siyasətə olduqca təsir edən qadın idi.
Çünki həddindən artıq qohumbaz idi. Bacıları, qardaşları, qardaşı oğulları, xalası uşaqları hamısını parlamentdə müxtəlif vəzifələrə düzəldib. Əsasən maliyə, xəzinə, bank, neft, ərzaq, dərman sektorları onun nəslinin əlindədir.
Özü isə moda, dəb sevən qadın idi. Yeni çıxan hər paltarı, çantanı, bəzək əşyalarını əldə edən qadın idi. Tez tez ərini qalmaqallara soxurdu. Yadınıza gəlirsə, Venesuelada ən kritik 2018 böhranı zamanı ərini Nüsrətin restoranına aparıb, ən bahalı steyki sifariş vermişdi.
“El Niño Simón” Milli Fonduna da rəhbərlik edirdi. Xeyriyyəçilik adı altında fəaliyyət göstərsə də, beynəlxalq hesabatlarda ailənin nüfuzunu artırmaq, foto çəkdirmək üçün istifadə edilirdi.
Odur ki, əri ilə barəbar, eyni tərzdə, eyni ittihmlarla mühakimə ediləcək.
Qaçmayıblarsa, qohumları da Venesuelada tutulub. 90-cı illərdən bəri etdikləri burunlarından gətiriləcək.
