Venesuela lideri Nikolas Maduronun devrilməsindən sonra Donald Tramp bildirib ki, digər ölkələrdə də hərbi əməliyyatlar keçirməyi planlaşdırır. ABŞ prezidenti Air Force One təyyarəsinin göyərtəsində jurnalistlərə Kolumbiya, Kuba, Qrenlandiya, Meksika və İranın adını çəkib.
“Tramp potensial gələcək işğalların uzun siyahısını təqdim edib, lakin administrasiyasının ən ehtimal olunan hədəfi Qrenlandiya olacaq,” — deyə ABŞ-ın Brookings Institution analitik mərkəzindən Aslı Aydıntaşbaş bildirir.
Venesueladakı əməliyyatdan sonra Tramp təsdiqləyib ki, ABŞ milli təhlükəsizlik məqsədləri naminə Arktikada yerləşən, Danimarkanın muxtar ərazisi olan Qrenlandiyanı anneksiya etməlidir. Onun fikrincə, Danimarka Qrenlandiyanı Rusiya və Çindən qorumaq gücündə deyil. (Azadlıq Qəzeti)