DünyaSiyasət

Tramp: ABŞ Venesuela ilə müharibə vəziyyətində deyil

ABŞ Prezidenti Donald Tramp ABŞ-ın Venesuela ilə müharibə apardığına dair yayılan məlumatları təkzib edib.

Tacxeber.comxəbər verir ki, Tramp bu barədə NBC telekanalına verdiyi müsahibədə danışıb.

Ağ Evin rəhbəri bildirib ki, ABŞ Venesuela ilə müharibə vəziyyətində deyil: “Xeyr, biz Venesuela ilə müharibə aparmırıq. Biz narkotik satan insanlarla mübarizə aparırıq”.

Qeyd edək ki, yanvarın 3-də ABŞ Venesuelada genişmiqyaslı əməliyyata başlayıb. Əməliyyat nəticəsində ölkə prezidenti Nikolas Maduro və onun həyat yoldaşı Siliya Flores saxlanılaraq Nyu-Yorka aparılıb. Donald Tramp Maduronun və Floresin “narkotik terrorizmi” və ABŞ-a qarşı təhdidlərdə ittiham olunaraq məhkəmə qarşısına çıxarılacaqlarını açıqlayıb.

Tramp daha əvvəl – dekabrın 5-də verdiyi açıqlamada Vaşinqtonun Venesuelaya qarşı yenidən hərbi gücdən istifadə etməyi zəruri hesab etmədiyini də bildirmişdi.

Eyni gün Venesuelanın müvəqqəti prezidenti Delsi Rodriges Donald Trampa müraciət edərək məsələnin sülh yolu ilə həlli və dialoqun vacibliyini vurğulayıb. O, çıxışında region ölkələrinin silahlı qarşıdurmaya deyil, sülhə və danışıqlara ehtiyac duyduğunu qeyd edib. Rodriges həmçinin Venesuelanın effektiv və firavan bir ölkə ola biləcəyinə ümid etdiyini bildirib.

 

Tacxeber.com

Oxşar xəbərlər

Ukrayna F-16 qırıcısını itirib? – Pentaqon şərh etmədi

admin

“İsrail Maskın sözlərinə görə “Starlink” ilə əlaqələri kəsir” – Nazir

admin

İsraildə hərbi bazada toy keçirildi – VİDEO

redaktor