Prezident Zelenskinin son fərmanı ilə Kristiya Freeland xanım, Ukrayna Prezidentinin iqtisadi məsələlər üzrə müşaviri təyin edilmiş. Əsasən işi, Ukraynanın iqtisadi inkişafındakı aparıcı rol olacaq. Kimdir, mühüm vəzifə tapşırılan qadın?
Atası şotland, anası ukraynalı, özü kanadalıdır. İngiltərə, İtaliya, ABŞ-da təhsil alıb, Harvard və Oksford universitetlərinin məzunudur. Ailəlidir, 3 uşağı var, Torontoda (Kanada) yaşayır. İngilis, italyan, fransız, ukrain və rus dillərində danışır.
Kanadanın Beynəlxalq Ticarət Naziri, Əyalətlər Əlaqələri Naziri, Xarici İşlər Naziri (2017-2019), Kanada Baş nazirinin müavini (2019-2024) və Maliyyə Naziri işləyib. Və Parlamentin üzvüdür. Həm beynəlxalq səviyyədə tanınan siyasətçidir.
Və siyasətə gəlməzdən əvvəl Xristya tanınmış jurnalist olub və Financial Times, Washington Post digər nəşrlər üçün yazıları dərc edilib. Bu səbəblə onun Qərb mətbuatında kifayət qədər geniş əlaqələri var. Ukraynanı dəstəkli siyasəti səbəbi ilə, Rusiya ərazisinə giriş qadağası var.
Kanada Baş Naziri onu, Ukrayna bərpası üzrə nümayəndə təyin etmişdi. Zelenski isə birbaş ona Ukraynaya məmur kimi iş təklif etdi. O isə Ukraynanı vətən sayıb, Kanada ilə məsləhətlə təklifdən imtina etmədi. Kanada Parlamentinə və seçicilərinə üzrlü məktub yazıb, istefa verdi.
Xaricdə yaşayıb fəaliyyət göstərən yüksək çox təhsilli və çox dilli, həm bacarıqlı milli kadrları, əsas da, gəncləri ölkəyə dəvət etmə praktikası Gürcüstan, Ermənistanda da var. İlham Əliyev son çıxışında, kadr yarıtmazlıqları haqda dedi. Xaricdə isə inkişaflı gənc milli kadrlar az deyil.
