GündəmHadisəSiyasətTarix

Böyük Sabir demiş: Bu çərxi fələk tərsinə dövran edir indi.

Dünyanın qəribə işləri var. 12 il əvvəl – 2013-cü ildə Milli Təhlükəsizlik Nazirliyi jurnalist Pərviz Həşimlini saxta ittihamla həbs edib ondan hazırda DRX-nın sədri olan Əli Nağıyevlə AXCP sədri Əli Kərimli arasında vasitəçi olması barədə təsdiqləyici ifadə almaq istəyirdi. Əli Nağıyev həmin hadisədən az əvvəl MTN nazirinin müavini (2005-2011-ci illərdə) işləmişdi.

Həmin dövrün mətbuatının məlumatına görə guya Əli Nağıyevin Əli Kərimlini maliyyələşdirməsi barədə təsdiqləyici ifadə verməsinə görə Pərviz Həşimliyə hətta bir milyon manat pul təklif olunubmuş. Lakin Həşimli ona təklif edilən puldan imtina etdiyinə görə ağır işgəncə hesabına ondan belə bir təsdiqləyici ifadə almağa cəhd göstəriblər. Lakin Pərviz Həşimli nə Əli Nağıyevə, nə Əli Kərimliyə, nə də başqa birisinə şər atmadı və bu imtahandan şərəflə çıxdı.

İndi həmin hadisənin üzərindən 12 ildən bir qədər artıq vaxt keçib. O zaman MTN-dəki rəqibləri tərəfindən şərlənməsinə cəhdlər göstərilən Əli Nağıyev hazırda DTX-nın rəisidir və onun rəhbərlik etdiyi idarə bu dəfə Əli Kərimlini 24 ilə yaxın prezident adminstrasiyasına rəhbərlik etmiş Ramiz Mehdiyevlə “iş birliyində”, Rusiyaya bağlı saxta “dövlət çevrilişində” ittiham edir.

Böyük Sabir demiş: Bu çərxi fələk tərsinə dövran edir indi.

P.S. Bu gün mətbuat məlumat yayıb ki, PA-nın sabiq rəhbəri Ramiz Mehdiyevin Türkiyədə 4 böyük yük tankeri üzə çıxıb. Görən bu 4 tankerdən heç olmasa biri Əli Kərimlinin adına deyil ki?

 

Cemil Hasanli

Tacxeber.com

Bizimlə əlaqə: [email protected]

Oxşar xəbərlər

Donald Trampı yamsılayan uşaq trend oldu – Video

redaktor

Rusiyanın bu əraziləri Ukrayna torpağıdır – Fərman

admin

Mən analoqsuzluğumuzla fəxr etmək istəmirəm!!

admin