DünyaSiyasət

İraq, Suriya, Türkiyə və İranın taleyi kimdən və nədən asılıdır?

İraq Ali Müstəqil Seçki Komissiyasının Bəsrə bölgəsinin Kürdüstan bölgəsinə bənzər muxtar qurum olması üçün referendum keçirməsinə imkan verən imza blanklarını rəsmən yaymağa başlayıb.

Səddam Hüseyninin hakimiyyətdən devrilməsindən sonra dərhal gündəmə gələn, lakin Bağdad hökumətinin müqaviməti ilə üzləşən “Bəsrə Bölgəsi” layihəsinin gerçəkləşməsi üçün hüquqi prosesi 18 dekabr 2025-ci ildə rəsmi olaraq başlayıb. İraqın neftlə zəngin bölgəsi olan Bəsrənin Kürdüstan bölgəsinə bənzər muxtar qurum olması bu ölkənin federallaşması istiqamətində növbəti mərhələ olacaq. Çox böyük ehtimalla Bəsrənin ardınca Ziqar, Meysan, Vasit, Muthanna, Nəcəf, Kərbəla və Babildə çoxluq təşkil edən şiələrin də muxtariyyat istəyəcəklər. Bununla yanaşı ölkənin şərti olaraq Ərəb-Qərb Bölgəsi adlandırılan, Anbar, Diyalə, Mosla, Səbalə və Kirişli şəhərlərinin daxil olacağı muxtar bölgə yaradılması istiqamətində də iş gedir. İraq konstitusiyasının 119-cu maddəsinə əsasən əhalinin onda birinin tələbi ilə bir və ya bir neçə əyalət referendumdan sonra muxtar bölgə yaratmaq hüququna malikdir.

Suriyada kürdlər və druzlarla yanaşı ələvilər də muxariyyat tələb etməyə başlayıblar. Suriyanın yeni iqtidarına bağlı olan radikal sünni qrupları tərəfindən ələvilərə qarşı törədilən dəhşətli qətliamlar, Homsun Vadi əl-Dahab rayonunda İmam Əli bin Əbu Talib məscidini hədəf alan dəhşətli terror aktı ələvilərin muxatariyyat tələbini ligitimləşdirib. Ələvilərin muxtariyyat tələbi Suriyadakı digər azlıqlar tərəfindən də dəstəklənir. İddialara görə, ələvilərin müxtariyyat tələbini İsrail, Rusiya və İran da dəstəkləyir.

PKK-a terror təşkilatının lideri Abdullah Öcalanın elebaşından qurucu öndərə çevrilməsi, tük-kürd-ərəb qardaşlığının önə çıxarılması ilə başlayan proses Türkiyəni muxtariyyata doğru aparır. Şərti olaraq “Kürd probleminin həlli” prosesi adlandırılan siyasət Milliyyətçi Hərəkat Partiayasının lideri Dövlət Bahçelinin Abdullah Öcalanı Böyük Millət Məclisində çıxış edərək təşkilatını buraxmağa çağırması ilə başlasa da, əslində bu siyasətin əsası 2000-ci ildə qoyulub. Bu yazının mövzusu Türkiyədə baş verənlər olmadığı üçün bu mövzu ilə bağlı daha ətraflı başqa bir yazıda yazacağam.

İraqla başlayan, Suriyaya sıçrayan və Türkiyəni əhatə etməkdə olan federallaşa prosesindən İranın kənarda qala biləcəyini düşünmək yanlış olar. Bu çoğrafiyanın ölkələrinin taleyi bir-birindən çox asılıdır. Uzun illər bir-biri ilə sərt rəqabət aparan, bəzən hətta müharibə edən İran, İraq, Suriya və Türkiyə taleyi siam əkizləri kimi bir-birinə bağlı ölkələrdir. Biri zəiflədikdə digəri güclənmir, əksinə digəri üçün təhlükə daha da artır. Bütövlükdə isə bölgənin taleyi İranın gələcəyindən asılıdır.

İranda dəyişiklikləri qaçılmaz edəcək xarici və daxili faktor isə hər ötən gün güclənir İranda davam edən etirazlar bu qədim çoğrafiyanın böyük dəyişikliklərin astanasında olduğunu təsdiqləyir. Ümumiyyətlə, İbrahim Rəsinin ölümü, Məsud Pezeşkianın prezident seçilməsi ilə sürətlənən proses İranın siyasi və inzibatı mənzərəsini hökmən dəyişəcək. Bu prosesin geri dönüşü yoxdur.
İraq, Suriya, Türkiyə və İranın ayrı-ayrı keçik döblətlərə parçalanamsının bölgədə uzun müddətli xaos və müharibələrə səbəb olacağı, bunun isə Çini cilovlama siyasətinə zərər verəcəyi qənaətində olan Tramp adminstrasiyası bu ölkələrin bölünməsinə qarşıdırlar. Faktiki olaraq bölünmüş Suriyanın rəsmən bölünməsinə imkan verilməməsi də bu yanaşmanın nəticəsidir. Açıq-aydın görünür ki, Vaşinqton Suriyanın parçalanmasını arzu etmir. Kod adı Məhəmməd Colani olan Əhməd əş-Şaaranın bu günə kimi sağ qalmasının yeganə səbəbi budur.

İraq, Suriya, Türkiyə və İranın federallaşması isə bölgədəki problemləri növbəti dünya düzəninə qədər, təxminən 75-80 il təxrə salmağa imkan verəcəyi ehtimal edilir. Bu Çinin cilovlanmasına yönəlmiş Xəzər dənizindən Aralıq dənizinə qədər çoğrafiyada əməkdaşlığı mümükün edəcək iqtisadi əməkdaşlqı platformasının yaranmasını təmin edə bilər. Digər tərəfdən İraq, Suriya, Türkiyə və İranın federallaşması İsraili Yaxın Şərqin tək gücünə, hətta supergücünə çevirəcək.
Əlbətdə, bütün bunlar ehtimallardır və 100 faiz gerçəkləşəcəyini iddia etsəm, çox böyük yanlış olar. Yaxın Şərqdə gedən proseslərin gələcəyi ona təsir edən siyasi liderlərin qərarlarından, ən əsası bölgə xalqlarının münasibət və davranışından çox asılı olacaq. Əgər, İranda yaşayan soydaşlarımız tam müstəqillik və Azərbaycan Respublikası ilə birləşmə qərarı versə, Suriyadan Pakistana qədər uzanan çoğrafiyadakı ölkələrinin bütövülüyünü kimsə qoruya bilməz. Kürdlər İraq, Suriya və Türkiyənin federallaşmasında əsas faktor olsalar da, proses göstərdi ki, kürdlərin müstəqilliklərini elan edərək bu ölkələri böləcək gücləri, resursları yoxdur. Buna görə də İran da daxil olmaqla Suriyadan Pakistana qədər uzanan çoğrafiyanın gələcəyi Güney Azərbaycanın seçimindən asılıdır.
Güney Azərbaycanın seçimi necə olacaq?

Bu suala başqa bir yazıda aydınlıq gətirməyə çalşacağam.

 

Xəqani Cəfərli

Tacxeber.com

Oxşar xəbərlər

Zurabişvilidən Saakaşvili AÇIQLAMASI: “Ölkədə əsas problemlərdən biri…”

admin

Zelenski Zalujnını rəsmi olaraq vəzifəsindən azad etdi

redaktor

Sabah hava necə olacaq?

redaktor