DünyaGündəmSiyasət

İndi də ki, Maduro sevdalıları… Vallah, nə desən bizdən çıxar.

Çox təəssüflər… Azərbaycanın bəzi siyasiləri, ictimailər və mediaları nədənsə, Maduronun ABŞ tərəfindən həbsi barədə özlərini narahat hiss edir və etirazla müdafiəsinə də qalxırlar. Nədəndisə, heç olmayan kimi bu dəfə hüquq, beynəlxalq hüquq, BMT yadlarına düşüb. Bu əməliyyatı hüquqazidd və siyasi adlandırırlar.

Və həm, bildirirlər ki, Putin də Zelenskini və ya Paşinyanı xüsusi əməliyyat keçirdərək, apara bilər. Guya, Putin çox humanisdir, beynəlxalq hüquqa görə aparmır. Bilmirsən ki, bu şəxslər bu riyakarlıqla Putinə, Rusiyaya ya İranamı ya daha kimlərə, hansı tərəfə yarınmaq istəyirlər?

Əvvəla, daxili və beynəlxalq hüququ da, BMT nizamnaməsini də tapdalayıb oz xalqına qarşı fiziki, digər ölkələrə qarşı narkotik terroru edən quldur-narkobaron, bəşəri qaydaları pozmaqla özünü “prezident” adlandıran birisi elə, terrorçu kimi də zərərsizləşdirilər. Müammar Qəddafi, Səddam Hüseyn və ya Qasım Süleymani kimi.

İkincisi, bu şəxslər öz vətənlərinin 30 ildən çox BMT, Beynəlxalq hüquq və digər bəşəri qayda- qanunlara zidd olaraq, işğala məruz qaldığını, axırda beynəlxalq qanunlar yox, məhz öz gücü, şəhidlərin qanı hesabına ərazisini azad etdiyini bilərək, BMT və beynəlxalq hüquq gücünün də Maduroya çatmadığı barədə yaxşı bilib, özlərini niyə bilməməz yerinə qoyurlar? Nə oyundur bu?

Üçüncüsü, bu şəxslərin Putin qəhrəmanı məhz 2022-ci ildə müharibənin ilk anında Zelenskini həbs üçün Kiyev ətrafında.Qostomeldə xüsusi hərbi desant əməliyyatı keçirtmək istədi də. Və bacarmadı. Əksinə, o zaman Ukraynanın igid döyüşçüləri Rusiyanın 8 hərbi helikopterini və 500-dən də çox desantını məhv etdib qalanını Donbas tərəfə qovdu. Və 4 ildir, hələ də xüsusi əməliyyat keçirir Putin, yerində sayır Donbasda.

Dördüncü, bu şəxslər tək Maduro həbsinə görə BMT, beynəlxalq hüquq ya bəşəri insanlıq deyir, etiraz edirlərsə, Putinin Ukraynanı işğalı, orada yüz minlərlə insan qətli, dağıntılar törətməsinə görə gərək, etiraz nümayişi etsinlər. Edirlərmi?!

Nəhayət, Zelenski ilə, ya Paşinyanla Maduronu müqayisə etmək üçün gərək, Putinin Solovyovu və ya Zaxarovası qədər qərəzli və mənəvi-hissiz ya vecsiz olasan. Onların arxasında xalq, xalqın övladlarının təşkil etdiyi ordu dayanır. Neçə ildir, Kreml və onun FSB, QRU-su dəri-qabıqdan çıxır ki, onları müxtəlif təxribatlarla xalqın gözündən salsın, alınmır. Maduronun müdafiəsinə nəinki, xalq və ordu qalxmadı, əksinə isə meydanlarda həbsinə, ölkəni tərk etdiyinə bayram edirlər. Və xalqın sevimlisi olsaydı, arxasında durduğunu görsəydi, ABŞ çox yəqin, belə addımı atmazdı.

İlqar Altay

Tacxeber.com

Oxşar xəbərlər

Hərb tarixində ŞOK hadisə. Ukraynanın dəniz dronu Rusiyanın növbəti (ikinci) Su-30 hərbi təyyarəsini vurdu.

admin

Elnarə Qasımova həbsdən yazır: “Tapacam o xaini, görüm, kim yemək ötürür onlara”

admin

ABŞ Ukraynaya 8 milyardlıq hərbi yardım ayırır

redaktor