DünyaSiyasət

Gücün dili və sülhə məcbur qalan rejimlər

Venesuela dövlət başçısı səlahiyyətlərini icra edən, baş nazirin müavini xanım Deli Rodrigez dünən sərt bəyanatla çıxış edib dedi ki, heç bir halda ABŞ-ı ölkəsinə buraxıb köləsi ola bilməz. Və Maduro ölkə prezidentidir, azad edilməlidir.

Bunu eşidib Tramp da bəyan etdi ki, Venesuela əgər Maduro yolu ilə gedib, xalqa qarşı daxildə terror, xaricdə ölkələrə də qarşı narkoterror ilə davam edəcəksə, daha da şiddət zərbə alacaq.

Və bu gün prezident səlahiyyətləri icraçısı olan həmin xanım, gecə nə fikirləşibsə artıq Trampa sülh mesajı ilə müraciət edib. Və o qeyd edib ki, Karakas Vaşinqtonu beynəlxalq hüquq çərçivəli ortaq inkişafa yönlü əməkdaşlıq proqramı üzrə birgə işləməyə dəvət edir. Bildirib ki, Venesuela xalqı və onun yerləşdiyi region “müharibəyə yox, sülhə və dialoqa layiqdir”. Venesuela prioriteti ABŞ və region ölkələrilə balanslı münasibətlər qurmaqdır. Deyib ki: “Venesuela sülhə və dinc birgəyaşayışa sadiqliyini bir daha təsdiqləyir!”.

Görünür ki, əlahəzrət zamanın, məntiqin tələbi budur. Beynəlxalq hüququn, BMT-nin və Dünya Birliyinin “nizama gəl!” təkliflərini vecə almayıb, dünya nizamını pozmaq, terror, dərəbəylik yolu tutan bəzi dövlətləri, onların liderlərini düz yola gətirmək üçün gücdən başqa yol qalmayıbmış.

Ümid edək ki, xanım Rodrigezin etdiyi bu yönlü çıxışı, İranın dövlət başçısı səlahiyyətlərini icra edəcək Pezeşkian etsin. İran xalqı, oradakı tüm türklər, farslar və digər millətlərin zülməti bitsin.

 

İlqar Altay

Tacxeber.com

Oxşar xəbərlər

Qurban Qurbanov: “Ferentsvaroş” çox təhlükəli rəqibdir”

redaktor

“Facebook”da Trampı təhdid edən şəxs tutuldu

redaktor

TƏHLİL: İranın bölgədəki iqtisadi maraqları risk altındadır?

admin