DünyaSiyasət

Ərdoğan: “Putin və Zelenski arasında yeganə vasitəçi Türkiyədir”

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ukrayna ilə Rusiya arasında danışıqlarda vasitəçilik etməyə hazır olduğunu təsdiqləyib. O, bunu “Bloomberg” agentliyinə verdiyi müsahibədə bildirib.

Ərdoğan vurğulayıb ki, Ankaranın münaqişənin həllində strateji üstünlüyünü qeyd edərək, “Türkiyə həm Vladimir Putin, həm də Vladimir Zelenski ilə birbaşa danışıqlar apara biləcək yeganə aktyordur. Qapı hər üçü üçün açıqdır”.

Xarici siyasətdəki rolundan əlavə, Türkiyə lideri ölkənin ABŞ-ın rəhbərlik etdiyi F-35 qırıcı təyyarələri proqramında iştirakını bərpa etmək istəyini ifadə etdi. O, bu qərarın Vaşinqtonla münasibətləri gücləndirəcəyini və NATO-nun təhlükəsizliyini artıracağını söylədi.

Ərdoğan vurğulayıb ki, ABŞ prezidenti Donald Trampla şəxsi təmaslarından istifadə edərək, təxminən on il əvvəl Türkiyənin Rusiya hava hücumundan müdafiə sistemlərini alması səbəbindən gərginləşən əlaqələri bərpa edir. O, həmçinin qeyd edib ki, Ankara və Vaşinqtonun müdafiə, enerji və regional təhlükəsizlik sahələrində siyasi prioritetlərinin üst-üstə düşməsi Türkiyəyə NATO üzvlüyünü əsas ticarət tərəfdaşlarından biri olan Rusiya ilə iqtisadi əlaqələrlə balanslaşdırmağa imkan verir.

 

Tacxeber.com

Oxşar xəbərlər

Türkiyə Suriya və İraqda hərbi varlığını genişləndirə bilər – “Hürriyet”

admin

İrəvanda “Sputnik”ə etiraz – “Rusiyanın təbliğat alətidir”

redaktor

İrəvanda təhdid olunan türk bloger Qarabağda – VİDEO

redaktor