Bu faktlar, müasir xüsusi hərbi əməliyyatın qüsursuz nümunəsi kimi XXO üçün dəyərlidir.
Kəşfiyyat…
2025-ci ilin avqust ayında MKİ (CIA, ЦРУ)- Mərkəzi Kəşfiyyat İdarəsi agentlərindən ibarət gizli qrup prezident Nikolas Maduro haqqında məlumat toplamaq missiyası ilə Venesuelaya sakitcə daxil olub. Və MKİ agentləri aylarla Karakas çevrəsində işlər görüb, təhlükəsizlik xidməti radarlsrından yan ötərək.
Venesuela lideri Maduronun gündəlik davranış və hərəkətləri ilə bağlı toplanan tam kəşfiyyat məlumatları – onun yaxın çevrəsindəki mənbə və ölkənin hava məkanında məxfi fəaliyyət göstərən gizli dronlar donanması ilə birlikdə – agentliyə onun gündəlik işini, həyatının ən xırda detallarınadək təsvirini qurmağa imkan verdi.
Missiya (əməliyyat qabağı kəşfiyyat) olduqca risqli idi. Əsas da, Karakasda ABŞ səfirliyinin bağlanması sonrası MKİ agentləri diplomatik toxunulmaz status adı ilə fəaliyyət göstərə bilmirdilər. Bununla belə, gizli kəşfiyyatla ABŞ artıq Maduronun hara köçdüyü, iqamətgahının daxili strukturunu, nə yediyini və hətta hansı ev heyvanlarını saxladığını belə, bilirdi.
Bu məlumatlar sonrakı hərbi əməliyyatın – yəni şənbə günü ABŞ ordusu elit Delta Force (xüsusi çevik güc) bölməsi tərəfdən səhərədək edilən basqının açarı oldu. Əslən risk baxımından, bu, SEAL Team Six-in 2011-ci ildən bəri ən çətin və təhlükəli Amerika xüsusi əməliyyatı idi. SEAL Team Six-in, planetin ən üatı terrorçusu Üsamə bin Ladeni Pakistanda ələ keçirməsindən də.
Nəticə, taktiki cəhətdən qüsursuz, həm sürətlə həyata keçirilən bir əməliyyat oldu və bu qısa müddət ərzində Maduro, Amerika qoşunlarının arasında heç itkisiz ölkədən çıxarıldı. Xüsusən də ABŞ-ın əvvəlki müdaxilələri ilə müqayisədə, Panamadakı hərbi əməliyyat, istərsə də CIA-nın Kubadakı əməliyyatlardan effektcə daha üstün.
Tramp özü illər idi ki, xarici hərbi işğallara qarşı olduğunu bildirirdi. Amma, həmişə olduğu kimi, yenə də fikrini dəyişib və əməliyyata razı olub.
Hazırlıq…
Əməliyyata hazırlıq dövründə Delta Force xüsusi təyinatlı əsgərləri Kentukkidəki Birgə Xüsusi Əməliyyatlar Komandanlığı tərəfdən tikilmiş Maduro iqamətgahının tam miqyaslı surətinin (kopiyası) içərisində dəfələrlə ələ keçirmə əməliyyatını məşq ediblər. Və onlar məşq zamanı dəfələrlə Maduro evinin polad qapılarını sındıraraq giriş vaxtını azaldırdılar.
Karakasda (Venesuela) isə son artan müdafiə gərginliyi fonunda Maduro daim öz yerlərini dəyişir, səkkiz obyekt arasında hərəkət edirdi (daimi kəşfiyyat müşahidəsi üzrə). ABŞ onun gecəyədık həmin gecəni harada keçirəcəyini planlaşdırdığını bilə bilmirdi. Ona görə də, əməliyyatı başlatmaq üçün, ordu kəşfiyyatı hücum etməyə hazırlaşdıqları kompleksdə dəqiq Maduronun olduğunu təsdiqləməli idi.
Basqının gözləntisi ilə ABŞ bölgəyə getdikcə daha xeyli çoxlu xüsusi əməliyyat təyyarəsi, ixtisaslaşmış elektron müharibə avadanlığı, Reaper hücum dronları, axtarış-xilasetmə helikopterləri və qırıcı təyyarələr yerləşdirdi.
Əməliyyat…
Əməliyyat paytaxt Karakasın xeyli əhəmiyyətli hissəsini elektrik enerjisindən məhrum edən, şəhəri tam qaranlığa qərq edən koperhücumla başladı. Və bunun hesabına da təyyarələrin, dronların və helikopterlərin aşkarlanmadan yaxınlaşmasına imkan yarandı. Missiyada 20 müxtəlif ABŞ Hərbi Dəniz Qüvvələri bazası və gəmilərindən havaya qalxan dronlar, həm qırıcı və bombardmançı təyyarələr də daxil olmaqla 150-dən çox hərbi hava qüvvələri iştirak etdi.
Təyyarələr Karakasa yaxınlaşdıqca, hərbi və kəşfiyyat orqanları taktiki gözlənilməzlikdən sığortalı qorunmanı təsdiqlədilər ki, hücuma problem görünmür. Maduro və mühafizəsi isə yaxınlaşan əməliyyat haqda xəbər tuta bilmədi.
Şənbə günü səhər çağı ABŞ təyyarələri bütün ölkə radar stansiyalarına və hava hücumundan müdafiə sistemlərinə zərbələr endirdilər. Və Karakasda çox güclü dağıdıcı partlayışlar baş verdi. Sosial mediada paylaşılan videolar təsirli görünsə də, ABŞ rəsmisi əsas hədəflərin yalnız radar qurğuları və həm radio ötürücü qüllələr olduğunu bəyan etdi. (Xeyli digər infrastruktur dağıntıları da heç az olmaylb, zənnimcə. İ. A.)
Xüsusi təyinatlı Delta çevik qüvvələrini hədəfə daşıyan helikopterlər üçün təhlükəsiz hava dəhlizi təmizləmək məqsədilə Venesuela hava hücumundan müdafiə sistemlərini yatırmaq üçün qırıcılar, bombardmançı təyyarələr və dronlar xüsusi atəş mövqelərində yerləşdirildi.
Delta Qüvvələrinin bölmələri Venesuelanın ən möhkəmləndirilmiş hədəfinə istiqamət aldılar. Bunun üçün Ordunun elit aviasiya bölməsinin 160-cı Xüsusi Əməliyyatlar Aviasiya Alayı tərəfindən modifikasiya olunmuş MH-60 və MH-47 helikopterlərindən istifadə edilərək.
“Gecə İzləyiciləri” ləqəbli gecəgörən xüsusi bölmə, hərəkətə keçdi. Onlar yüksək riskli və alçaq hündürlükdə, gecə əməliyyatlarında ixtisaslaşıblar. Və son aylarda, Venesuela sahillərində xeyli təlim uçuşları icra ediblər.
Prezident iqamətgahı ətrafına enişdən sonra Delta Qüvvələri L. Maduronu axtarmaq üçün dərhal bina içərisinə sürətlə irəliləyib. Xüsusi qüvvələr binaya daxil olmaq və həm də qalın dəmir qapıları keçmək üçün xüsusi partlayıcı maddədən istifadə ediblər. ABŞ rəsmisinin sözlərinə görə, partlayış sonrası, Maduroya çatmaq (yetişmə) təxminən üç dəqiqə çəkib. (və zənnimcə, girəcıkdə bütün mühafizəçiləri öncədən məhv ediblər, bunları yazmırlar. İ. A.)
Maduro və həyat yoldaşı hücumu anlayıb möhkəmləndirilmiş polad otağa sığınmağa çalışıblar, lakin saxlanılıblar. “O, təhlükəsiz yerə çatmağa çalışırdı. Qapı çox qalın, çox da ağır idi və onu çəkib içəridən bağlaya bilmədi və Delta özünü yetirdi”. (Bağlasa da Delta qapını partladıb içəri girəcəkdi, bu planda olub. İ. A.)
Ümumən, binaya girdikdən təxmi beş dəqiqə sonra Delta Qüvvələrinin əsgərləri Maduro və xanımının artıq həbsdə olduğunu sahildəki komandanlığa “raport” veriblər. Maduronun özünü barrikada etmə, ya təslim olmaqdan imtina etmə cəhdi halında əməliyyatda FTB danışıqçısı da iştirak edib. Lakin onun bu cür xüsusi xidmətlərinə ehtiyac qalmayıb. (Qrup içərisində Maduroya yerindəcə həbs ittihamı elanı üçün 2 prokurorluq əməkdaş əməliyyatçı da olub İ. A.).
Nəticə…
Xüsusi təyinatlılar Maduro cütlüyünü tez bir zamanda helikopterlərə doldurubar, uçub tez bazaya qayıdıbar. Karakas vaxtı ilə səhər saat 4:29-da Maduro və xanımı artıq, Venesuela sahillərindən 100 mil məsafədə yerləşən ABŞ hərbi gəmisi USS Iwo Jima-ya köçürdülüblər. Oradan onlar #Guantanamo🇨🇺-dakı ABŞ dəniz bazasına köçürülüblər. Orada FBI strukturun Boeing 757 təyyarəsi Maduronu Manhettenin (Nyu-York) şimalındakı bir hərbi aerodroma aparmaq üçün gözləyirdi. Oradan isə Nyu-York cinayət məhkəməsi qarşısına çıxarılmalıdırlar.
**********
Ümumən analizlə obyektiv şəxsi fikirlərim:
1. ABŞ rəsmilərinin əməliyyatın xeyli əvvəl hazır olması və münasib hava şəraitilə bağlı gecikməsi söhbəti inandırıcı deyil. Məndəki informasiya və analizə görə gecikmənin.əsl səbəbi Putinlə sülh danışıqları ilə bağlı olub. Maduro əməliyyatına hazırlıq bir-neçə ay əvvəl başlanıb və bir-neçə həftə əvvəl başa çatıb. Lakin, ilin sonu sülh planının son variantını Putinlə razılaşdırılması olmalı idi, ona görə gözləyiblər ki, Maduro əməliyyatı Putini sazişdən qaçırmasın. Ancaq, Putinlə razılıq əldə etdikdən sonra Tramp onsuz da Maduro planını həyata keçirəcəkdi. Putin isə, yeni il qabağı, son razılaşma öncəsi Trampın gizli Maduro əməliyyatı keçirmək hazırlığından necəsə xəbər tutub. Və təsirlənərək dərhal səhər tezdən təcili Trampa zəng vuraraq, Valday iqamətgahına Ukrayna hücumu bəhanəsini ortaya atmaqla, razılaşmadan imtina edib. Tramp da artıq, Putinlə sülh razılaşmasının alınmadığını görüb də Maduro əməliyyatını gecikdirməyi mənasız bilərək, qətiyyətlə bu əməliyyata əmr verib. Görünür, Tramp-Putin münasibətləri əvvəlindən saxta oyun olub, bir-birini fırladıb tələyə salmaqla.
2. Bir də, ABŞ rəsmiləri, Maduro əməliyyatı zamanı qarşı tərəfin itkisi və xeyli dağıntılar barədə susurlar. Ancaq, Venesuela tərəfdən müşahidə və hesablanalar təxminən 250-ə qədər əksəriyyəti hərbçi itkisi və bir sıra da binalar, o cümlədən Karakasda hərbi hissə qərargahı və hərbi obyektlər və sair dağıdılıb. Eyni vaxtda 150 güclü qırıcı-bombardmançı müasir təyyarə bir neçə saatda nəinki ölkə Hava Hücumundan Müdafiə, həm də bütün hərbi infrastrukturunu məhv edib. Bu faktlar, daha çox təyyarə sayı da var, açıqlanmır. Və Maduronun həbsi, fikrimcə xüsusi, vacib idi.
Mənbələrdən informasiya toplumu, analiz, müşahidə və bəzi izahlar tərəfimdən edilib.
