DünyaSiyasət

32 kubalı hərbçi həyatını itirib – Havana iki günlük matəm elan etdi

Kuba hökuməti bildirib ki, ABŞ-nin Venesueladakı əməliyyatı zamanı ölkənin 32 vətəndaşı həlak olub. Həlak olanlar kubalı hərbçilər və kəşfiyyat xidmətləri əməkdaşları olub.

Hökumətin açıqlamasında qeyd edilib: “Öz vəzifələrinə sadiq olan vətəndaşlarımız şərəf və qəhrəmanlıqla öz borcunu yerinə yetirib. Onlar ya birbaşa döyüş zamanı, ya da obyektlərin bombalanması nəticəsində həyatını itirib”.

Havada iki günlük matəm elan olunub və ölkədə rəsmi mərasimlər təşkil ediləcək.

Xatırladaq ki, “Reuters” agentliyinin məlumatına görə, Kuba Venesuela Prezidenti Nikolas Maduronun təhlükəsizliyinin təmin olunmasında iştirak edib. Amma dəqiq məlum deyil ki, əməliyyat zamanı Maduronun mühafizəsində neçə kubalı hərbçi olub və digər ərazilərdə daha neçə nəfər həlak olub.

 

Tacxeber.com

Oxşar xəbərlər

Zelenski Trampı qeyri-ciddi söhbət aparmaqda ittiham etdi

redaktor

İsrail-İran qarşıdırması, qısa təhlil, İranı nə gözləyir?

admin

Ermənistan Azərbaycanın ərazi bütövlüyünü tanıdı

admin