DünyaSiyasət

Hərbi-texniki aspekt

Çox insanı bir məqam şübhələndirir və haqlı sual ortaya çıxarır: niyə Venesuelada müqavimət olmadı və belə asanlıqla Maduronu “apardılar”?

Siz bilirdiniz ki, Venesuelanın Cənubi Amerikada ən güclü HHM sistemi var idi? Bəli, bu elədir, amma əməliyyat zamanı ABŞ 150 qırıcı göyə qaldırdı və bir neçə saat ərzində Cənubi Amerikanın ən güclü HHM strukturunu sıfırladı. Var idi, yox oldu, bir neçə saat ərzində.

Eyni şey Maduronun mühafizəsinə aiddir. Orada da sağ qalanlar çox azdır. Misal üçün Kuba hökuməti bəyan edib ki, Venesuelada 32 Kuba vətəndaşı həlak olub, amma Kuba hökuməti bir məqamı gizlədir, həmin 32 nəfər Maduronun mühafizəsini təşkil edən Kuba xüsusi xidmət orqanlarının əməkdaşları idi.

Başqa sözlərlə, müqavimətin olmaması səbəbsiz deyil idi, ilk saatlarda qırdılar o müqaviməti. Hər hansı “gizli razılaşmanın” mövcudluğu iddiası əsassızdır, ona görə ki, Maduroya 1 ay qabaq hakimiyyəti təhvil verib Türkiyəyə getmək təklif olundu, o bunu qəbul etmədi. Nəticə göz qarşısında.

 

Kamran Cəfərov

Tacxeber.com

Oxşar xəbərlər

Netanyahu xalqa müraciət etdi

admin

Makron hakimiyyəti ilə vidalaşır

redaktor

Netanyahu: HƏMAS-a qarşı heç vaxt görünməmiş hücum olacaq

redaktor