DünyaGündəmSiyasət

Niyə bəzi diktatorların varidatı üzə çıxır, bəzilərinin yox?

Diktatorların varidatı ilə bağlı ən çox dolaşan sual budur: niyə bəzilərinin sərvəti illər sonra belə sənəd-sənəd üzə çıxır, digərlərinin isə yalnız şayiə və təxmin səviyyəsində qalır? Cavab pulların həcmi yox, institusional iz buraxıb-buraxmamasıdır.

Bu baxımdan tarixdə ən aydın nümunə Ferdinand Marcosdur(1965–1986). Filippinlərdə Marcos ailəsinin sərvəti İsveçrə banklarında dondurulmuş hesablar, ABŞ-da daşınmaz əmlaklar və məhkəmə sənədləri ilə sübut olundu. Rəsmi araşdırmalar onun və ailəsinin təxminən 5–10 milyard dollar mənimsədiyini göstərdi və dövlət ən azı 3,6 milyard dolları geri qaytara bildi. Burada həlledici amil Marcosdan sonra institusional dövlətin bərpası və uzunmüddətli hüquqi təqib idi.

Müqayisə üçün Nicolás Maduro nümunəsi tamam başqa mənzərə göstərir. Qərb mənbələrində Maduro-nun şəxsi varidatı ilə bağlı rəsmi, şəffaf “net worth” yoxdur. ABŞ və Avropa qurumları onun və yaxın çevrəsinin korrupsiya, narkotik ticarəti və dövlət resurslarının mənimsənilməsi ilə bağlı ittihamlarını irəli sürüb. Bu çərçivədə yüz milyonlarla dollar dəyərində aktivlərin dondurulduğu və ya müsadirə edildiyi açıqlanıb…

Eyni problem Muammar Gaddafi və Saddam Hussein hallarında da görünür. Onların sərvəti barədə çox böyük rəqəmlər səslənirdi. Lakin rejimlər çökəndə dövlət də çökdü. Banklarda olan pullar da yağmalandı…

Başqa sözlə, varidatın üzə çıxması diktatorun nə qədər oğurlamasından çox, ondan sonra ölkədə dövlətin qalıb-qalmamasından asılıdır. Venesuela dövlət olaraq ayaqda qalmasa, Nicolás Maduro-nun xalqdan oğurladığı pulları geri qaytarmaq mümkün deyil. Yəni Venesuelada Filippin variantı baş tutmaya da bilər…

Xalqla düşmən ol, bu qədər pul oğurla, axırda da kimlərəsə gəlib o pulların dalına keçsin. Xaosun da öz qanunları var…

 

Elbəyi Həsənli

Tacxeber.com

Oxşar xəbərlər

CNN Ukrayna dəniz dronlarının Krım körpüsünə hücum anının görüntülərini yayımladı – VİDEO

admin

Futbol üzrə Rusiya millisinə DÇ-2026-nın püşkatmasında iştirakına icazə verilmədi

admin

Putin İstanbula GETMƏYƏCƏK – Nümayəndə heyətinin tərkibi təsdiqləndi

redaktor