Cəmiyyətİdman

“Araz-Naxçıvan”ın yeni baş məşqçisinin kimliyi bəlli oldu

“Araz-Naxçıvan”ın klubun mətbuat xidməti bildirib ki, ukraynalı mütəxəssis Andrey Demçenko ilə “5 ay+1 il” illik müqavilə imzalanıb. O, bu vəzifədə bir neçə gün əvvəl istefaya göndərilən Elmar Baxşıyevi əvəzləyib.

Məşqçilik fəaliyyətinə 2011-ci ildə başlayan Demçenko vətənində “İmeks”, “Metallurq” (Zaporoje), “Veres”, “Lvov”, “Metallist 1925”, “Bukovina” klublarını çalışdırıb. O, müxtəlif illərdə Özbəkistanın “Obod”, həmçinin Gürcüstanın “Dila” və “Dinamo” (Batumi) komandalarına rəhbərlik edib. 50 yaşlı mütəxəssis Bakıya gələnə qədər Qazaxıstan “Jenis”inin baş məşqçisi olub. Ukraynalı baş məşqçinin köməkçiləri barədə əlavə əlavə məlumat veriləcəyi bildirilib.

Qeyd edək ki, dekabrın 21-də “Şamaxı” ilə keçirilmiş oyundan sonra istirahətə yollanan “Araz-Naxçıvan” məşqlərini yanvarın 5-də bərpa edəcək. Komanda qış fasiləsini Bakıda keçirəcək. Hazırlıq prosesi zamanı 3 yoxlama oyununun keçirilməsi nəzərdə tutulub. Rəqiblərdən 2-si məlumdur. “Qırmızı-ağlar” yanvarın 9-da klubun əvəzedici komandası ilə üz-üzə gələcək. Bundan 5 gün sonra – yanvarın 14-də isə sparrinq – rəqib “Qəbələ” olacaq. Yanvarın 18-də keçirilək matçdakı rəqiblə bağlı əlavə məlumat veriləcək. (Qol.az)

 

Tacxeber.com

Bizimlə əlaqə: [email protected]

Oxşar xəbərlər

Yazıb ki, sənin tay-tuşların qara daşdan baxır…

redaktor

L-Sistein: mənbəyi, istifadəsi və riskləri

redaktor

“Allah hamınındı, amma Həzrət Abbas nəğd bizimdi…”

redaktor