DünyaSiyasət

Amerika Venesuelanı vurdu, növbə mollalaramı çatır?

Tramp Venesuela diktatoru Maduro və arvadını ölkədən çıxartdığını elan etdi.
Bu da o deməkdir ki, ABŞ-ın əli Maduroya qədər çatmışdır.
[CBS Maduronun Amerikanın Delta Force komandosları tərəfindən qaçırıldığını deyir].

Keçmiş yanğınsöndürən Maduro 2013-dən bəri ölkəsinin sərvətinə əl qoymuşdu. İndi onu “seçən” venesuelalılar sevinir. Dünyanın ən böyük neft ehtiyatlarına sahib olan Venesuela Çaves və onun davamçısı Maduro iqtidarlarında xalqa heç nə vermədilər.

Tarixin belə amansız hadislələri var…

İndi ABŞ sadəcə Venesuela neftini deyil, həm də bu ölkənin zəngin qızıl, almaz, boksit mədənəlirini də ələ keçirdi (oxu: qamarladı).
Ancaq neft, filan çox da önəmli deyil.

Amerikanın iştahını əsil qabardan KOLTAN-dlr.
Koltan (Kolumbit–Tantalit) mineralı Venesuelanın ən kritik və geosiyasi baxımdan çox həssas sərvətlərindən biridir. Tantal və niobium tərkibli bu filiz müasir elektronika, kosmik sənaye və hərbi texnologiyalar üçün vacibdir. Nə qədər çıxarılır bəlli deyil, statistika yoxdur, çünki bu strateji mineralın böyük hissəsi qeyri-rəsmi çıxarılır.

Amerika Venesuelanı vurdu.
Əslində isə vurulan həm də Rusiya və Çin oldu…

Bu arada Donald Trampın Nobel Sülh mükafatı alma xəyalları da puç oldu.
Nə də olsa əldə ediləcək sərvət qarşısında bir Nobel medalı nədir ki?..

[Hadisələr o qədər sürətlə inkişaf edir ki, günün sonunda nələr ola biləcəyini söyləmək çətindir. Qaldı ki, vətəndaş müharibəsinin çıxma ehtimalı da var]

Növbə mollalaramı çatır?

 

İbrahim Nəbioğlu

Tacxeber.com

Bizimlə əlaqə: [email protected]

Oxşar xəbərlər

İran hələ nə qədər təmkin göstərəcək?

admin

Moskva müftisindən müsəlmanlara çağırış – “Şaxta babaya inanmayın!”

redaktor

Sensasiya: Ukrayna baş komandanı Gerasimova zəng etdi

admin