26 C
Bakı
17 Oktyabr 2026 17:12
DünyaSiyasət

ABŞ Venesuelanın gələcəyinin həllində iştirak edəcək – “Biz Venesuelaya qarşı ikinci dalğa zərbələrə hazır idik”

ABŞ Venesuelanın gələcəyi məsələsinin həllində iştirak edəcək.

Tacxeber.com xəbər verir ki, bunu ABŞ lideri Donald Tramp “Fox News” telekanalının efirində bəyan edib.

Onun sözlərinə görə, ABŞ Venesuelada prezident Nikolas Maduronun yerini kiminsə tutmasına icazə verərək risk edə bilməz. Ağ Ev rəhbəri həmçinin vurğulayıb ki, ABŞ Venesuelanın neft sektorunda iştirak edəcək.

“Biz Venesuelaya qarşı ikinci dalğa zərbələrə hazır idik, lakin buna ehtiyac qalmadı”, – Tramp bildirib.

O əlavə edib ki, bir həftə əvvəl Maduro ilə danışıb və onu könüllü təslim olmağa çağırıb, lakin o, bunu etməyə hazır olmayıb.

 

Tacxeber.com

Oxşar xəbərlər

Zelenski: “Ruslar Ukrayna enerjisinə ən güclü zərbələrdən birini vurublar”

redaktor

AQEM-in 3-cü zirvə toplantısı

redaktor

Celal Çiftçi kimin adından danışır?

redaktor