Zelenski hərbi kəşfiyyat şefi Kiril Budanovu Prezident Ofisinin rəhbəri vəzifəsinə təyin edib. Bu nə deməkdir, Budanov kimdir və kimin adamıdır?
İlk növbədə The New York Times qazetinin bu barədə məqaləsindən əsas tezisləri qeyd edək.
Budanovun ABŞ-la sıx və uzunmüddətli əlaqələri var: Tramp ilə mümkün danışıqlar zamanı dialoqun açarıdır
– Ukraynanın şərqində yaralandıqdan sonra o, Walter Reed National Military Medical Center-də müalicə alıb – bu, Ukrayna hərbçisi üçün istisna haldır və yalnız ABŞ xüsusi xidmət orqanalrının birbaşa dəstəyi ilə mümkündür.
– Bu səviyyədə əlaqələr və etimad çox az adama nəsib olur və bu, Budanovun Amerika güc strukturları ilə münasibətlərində xüsusi statusa malik olduğunu göstərir.
– Vaşinqtonda Budanovu Amerika güc strukturlarının məntiqini anlayan və onlarla “eyni dildə” danışa bilən etibarlı tərəfdaş kimi qəbul edirlər.
– Budanov MKİ-nin (CIA) dəstəklədiyi proqramlar çərçivəsində hazırlıq keçib və hələ genişmiqyaslı müharibədən xeyli əvvəl Amerika kəşfiyyatı ilə əməkdaşlığa inteqrasiya olunub.
– Məhz bu cür qeyri-rəsmi əlaqələr, müharibənin başa çatması məsələsi yenidən danışıqlar müstəvisinə keçərsə, həlledici ola bilər.
Budanovu QUR rəhbəri postunda Oleq İvaşçenko əvəz edəcək. Hazırda o, Xarici Kəşfiyyat Xidmətinin rəhbəridir, əvvəllər isə QUR rəisinin birinci müavini vəzifəsini tutub.
Gəlin təhlil edək.
Ukrayna siyasətinin daxili mətbəxini azdan, çoxdan bilən insanların heç biri üçün Budanovun MKİ-nin adamı olduğu faktı sirr deyil.
Qərbdə, ələlxüsus da ABŞ-da bu təyinat müsbət qarşılandı.
Məsələnin siyasi tərəfi də var…
Budanov bir kəşfiyyatçı üçün lazım olandan daha çox medialı fiqur idi. Həmçinin onu prezident reytinqlərinə də daxil edirdilər. Yəni o, müstəqil böyük siyasi karyeraya iddia edirdi. İndi isə bu, o qədər də açıq görünməyəcək, yalnız o halda mümkündür ki, Zelenski onu seçkilərə çıxarsın, özü isə siyasətdən kənara çəkilsin…
